Müştərilərlə satış və icarə işlərini aparır, minimum 1 il satış təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Glorium Travel Group korporativ müştərilərlə işləmək, yeni şirkətlər cəlb etmək və uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq üçün Korporativ satış meneceri axtarır.
Namizədin əsas vəzifəsi potensial korporativ müştərilərin müəyyən edilməsi, şirkətlərin aidiyyəti şəxsləri ilə əlaqələrin qurulması, görüşlərin təşkil edilməsi və Glorium Travel Group-un korporativ turizm xidmətlərinin təqdim olunmasıdır.
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi;
- Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Böyük və tanınmış şirkətlərlə işləmək imkanı;
- Dinamik və inkişaf edən iş mühiti.
Bu vəzifədə əsas göstərici sadəcə zənglərin sayı deyil, yeni korporativ müştərilərin cəlb olunması, görüşlərin keçirilməsi və real əməkdaşlıq müqavilələrinin bağlanmasıdır
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin aktiv şəkildə axtarılması və cəlb edilməsi;
- Şirkətlərin satınalma, HR, inzibati və digər məsul şəxsləri ilə əlaqə yaradılması;
- Telefon, e-mail, LinkedIn və digər kanallar vasitəsilə potensial müştərilərlə ilkin əlaqənin qurulması;
- Korporativ müştərilərlə görüşlərin təyin edilməsi və keçirilməsi;
- Şirkətin aviabilet, otel, transfer, işgüzar səfərlər, tur paketləri və digər turizm xidmətlərinin təqdim edilməsi;
- Müştərinin ehtiyaclarının müəyyən olunması və uyğun kommersiya təklifinin hazırlanması;
- Qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması və imzalanmasına qədər satış prosesinin idarə olunması;
- Mövcud korporativ müştərilərlə əlaqələrin inkişaf etdirilməsi;
- Satış planı və KPI-ların yerinə yetirilməsi;
- Görülən işlər və nəticələr üzrə rəhbərliyə hesabat təqdim olunması.
Tələblər
- B2B və ya korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür;
- Yeni müştərilərin aktiv axtarışı və satış bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Nəticəyönümlü və məsuliyyətli olmaq;
- Azərbaycan dilində sərbəst danışıq;
- Rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarından istifadə bacarığı;
- Turizm sektorunda iş təcrübəsi üstünlük hesab olunur, lakin mütləq tələb deyil.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Tikinti sahəsində korporativ müştəriləri cəlb etmək və satış prosesini idarə etmək bacarığı tələb olunur
Yeni müştərilər cəlb edir, satış planları hazırlayır və B2B satışda 5 il təcrübəsi var.
Korporativ müştərilərin cəlb edilməsi və satış prosesinin idarə olunması bacarığı tələb olunur.


