Şirkət daxilində partnyorluq layihələrini idarə edir və korporativ təcrübəyə malikdir.
Vakansiya haqqında
AZSİM sahibkarların maarifləndirilməsi, biznes məlumatlarına çıxışının asanlaşdırılması və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilməsi məqsədilə yaradılmış rəqəmsal inkişaf platformasıdır.
AZSİM olaraq, komandamıza peşəkar və məsuliyyətli Biznes əlaqələri üzrə Baş mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
AZSİM-in işgüzar görüşlərdə, forumlarda, sərgilərdə və digər korporativ tədbirlərdə təmsil edilməsi
Sahibkarlar, şirkət rəhbərləri və müxtəlif sahələr üzrə ekspertlərlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi
Ekspertlər və biznes nümayəndələri ilə video müsahibələrin təşkili və aparılması
Müsahibə mövzularının müəyyənləşdirilməsi, araşdırılması və sualların hazırlanması
AZSİM-in fəaliyyəti, layihələri və xidmətləri barədə təqdimatların keçirilməsi
Komandanın gündəlik fəaliyyətinin təşkili, tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət edilməsi
Komanda üzvlərinin fəaliyyət nəticələrinin qiymətləndirilməsi və iş proseslərinin təkmilləşdirilməsi
Potensial tərəfdaşlarla əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və müvafiq görüşlərin təşkili
Biznes mühitində aktual mövzuların izlənilməsi və yeni layihə təşəbbüslərinin irəli sürülməsi
Tələblər
Yalnız xanım namizədlər
25–40 yaş
Ali təhsilli
Minimum 3–5 il biznes sferasında iş təcrübəsi
Biznes mühitinə, sahibkarlıq fəaliyyətinə və korporativ idarəetmənin əsas istiqamətlərinə dair biliklər
Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin koordinasiyası bacarığı
Ekspertlər və şirkət rəhbərləri ilə peşəkar müsahibələr aparmaq bacarığı
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət, təqdimat və ictimai çıxış bacarıqları
İşgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi bacarığı
Analitik düşünmə, araşdırma aparma və düzgün suallar formalaşdırma bacarığı
Təşəbbüskarlıq, təşkilatçılıq və yüksək məsuliyyət hissi
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 3-5 il biznes sahəsində iş təcrübəsi tələb olunur.
Namizədin yaşı 25-40 arasında olmalıdır.
Ali təhsil tələb olunur.
Biznes mühitinə dair biliklər, komanda idarəetməsi, müsahibə aparmaq, təqdimat və ünsiyyət bacarıqları tələb olunur.
Müraciət etmək üçün sənədləri e-poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərəfdaşlıq üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Yeni tərəfdaşların axtarışı və marketinq layihələrinin idarə olunması üçün güclü kommunikasiya bacarığı tələb olunur
Partnyorluq layihələrini idarə edir, korporativ əməkdaşlıq və analitik bacarıqlar tələb olunur
Şirkətlər və təhsil müəssisələri ilə əməkdaşlıq qurur, tədbirlər təşkil edir və layihələri idarə edir.



