Şirkət daxilində partnyorluq layihələrini idarə edir və korporativ təcrübəyə malikdir.
Vakansiya haqqında
Şirkətdaxili loyallıq layihəsinin dəstəklənməsinə və inkişafına töhfə verəcək mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
- Dəyərlisən layihəsinin inkişafının təmin olunması;
- Strateji əməkdaşlıqların və işçi bağlılığına təsir edən istiqamətlər üzrə partnyorluqların qurulması;
- Partnyorlarla danışıqların aparılması və müqavilələrin imzalanmasına nəzarət edilməsi;
- Portfel ilə bağlı aylıq və rüblük təhlillərin hazırlanması;
- Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi.
Tələblər
- Ali təhsil;
- Korporativ və partnyorlarla iş üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dili əla səviyyədə tələb olunur, Rus və ya İngilis dili biliyi üstünlükdür;
- MS Office proqramı üzrə yüksək səviyyədə biliklər;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Güclü analitik düşüncə və problem həlletmə qabiliyyəti;
- Müstəqil və komandada işləmə qabiliyyəti;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Operativlik, eyni anda bir neçə işi planlaşdırmaq, prioritetləşdirmək və paralel şəkildə idarə etmək qabiliyyəti.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
Korporativ və partnyorlarla iş üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTərəfdaşlıq üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Yeni tərəfdaşların axtarışı və marketinq layihələrinin idarə olunması üçün güclü kommunikasiya bacarığı tələb olunur
Tərəfdaşlıq əlaqələrini inkişaf etdirir və strateji əməkdaşlıq bacarıqları tələb edir
Biznes əlaqələri üzrə baş mütəxəssis kimi işgüzar əlaqələr qurur və komandanı idarə edir



