Vakansiya haqqında
Vakansiya: Laborant (Boya İstehsalatı Üzrə)
Şirkət Adı: BİLFA BOYALARI
Şəhər: Bakı, 28 May qəsəbəsi (Müşviqabad)
İş qrafiki: Həftə içi - 09:00-18:00, şənbə günü- qısa iş günü
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq.
---
Müraciət Üsulu:
Vəzifə öhdəlikləri
- Xammalın, yarımfabrikatların və hazır boya məhsullarının keyfiyyətə nəzarət testlərini həyata keçirmək.
- Laboratoriya şəraitində fiziki-kimyəvi analizlər aparmaq (özlülük, sıxlıq, quru qalıq, rəng uyğunluğu və s.).
- İstehsal prosesində texnoloji rejimlərə əməl olunmasına nəzarət etmək.
- Yeni məhsul formulalarının hazırlanmasında və mövcud məhsulların təkmilləşdirilməsində mühəndisə dəstək olmaq.
- Aparılan testlərin nəticələrini qeydə almaq, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
- Laboratoriya avadanlıqlarının təmizliyinə, sazlığına və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Tələblər
Cins: Xanim namizədlər.
Təhsil: Ali və ya orta ixtisas təhsili (Kimya, Kimya mühəndisliyi, Ekologiya və ya uyğun texniki sahələr üzrə).
Təcrübə: Müvafiq sahədə (boya, kimya sənayesi və ya laboratoriya) ən azı 1 il iş təcrübəsi.
Biliklər: Standart laboratoriya alətləri ilə işləmək bacarığı, MS Office proqramlarından sərbəst istifadə.
Şəxsi keyfiyyətlər: Dəqiq, məsuliyyətli, analitik təfəkkürə sahib, komandada işləmək bacarığı və öyrənməyə həvəsli.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500 ₼
Yerləşdirilib
18 sentyabr 2026