Tələbələrə ingilis dili dərsləri keçirir və yüksək səviyyədə ingilis dili bilikləri tələb olunur.
Vakansiya haqqında
Komandamızı böyüdürük! Əgər siz də dinamik mühitdə çalışmaq, tələbələrə ingilis dilini sevdirmək və öz təcrübənizi bizimlə bölüşmək istəyirsinizsə, bu vakansiya tam sizin üçündür.
Namizədə olan tələblər:
- Cins: Xanım və ya bəy namizədlər
- Dil biliyi: Minimum B2 / C1 səviyyəsində sərbəst ingilis dili
- Tədris proqramı: Özünə məxsus Syllabus-un olması mütləqdir
- İş təcrübəsi: Minimum 6 ay-1 il tədris təcrübəsi mütləqdir
- Qrafik: Səhər və xüsusilə axşam qruplarında dərslər keçməyə uyğun olmaq
- Media: Kursun sosial media və reklam layihələri üçün video çəkilişlərdə iştirak etməyə razı olmaq
Biz nə təklif edirik?
- Əməkhaqqı: Müsahibə zamanı bildiriləcək
- Mehriban və inkişaf yönümlü kollektiv
- Təcrübə qazanmaq və peşəkar kimi böyümək imkanı
Siz də Basic Academy ailəsinin bir parçası olmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində "İngilis dili müəllimi" qeyd etməyi unutmayın.
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
9-11-ci sinif şagirdlərinə ingilis dili dərsləri keçmək və imtahana hazırlamaq.
İngilis dilini uşaqlara və böyüklərə müasir metodlarla öyrətmək bacarığı tələb olunur.
Ümumi İngilis dili dərsləri keçir və şagirdləri standart testlərə hazırlayır, minimum 3 il təcrübə tələb olunur.


