Pre-SAT və SAT verbal bölməsi üzrə dərs keçir və tələbələrə hazırlıq təmin edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tələbələrə SAT Math proqramı üzrə fərdi və qrup dərslərinin keçirilməsi
- Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və fərdi hazırlıq planlarının hazırlanması
- SAT formatına uyğun test və sınaq imtahanlarının təşkili, tapşırıqların hazırlanması və yoxlanılması
- Tələbələrin nəticələrinin və inkişaf dinamikasının mütəmadi izlənilməsi və geribildirimlərin verilməsi
- Tədris materiallarının hazırlanması və SAT imtahan formatında baş verən yeniliklərin izlənilməsi
- Tələbələrin yüksək nəticə əldə etməsi üçün effektiv və nəticəyönümlü tədris metodlarından istifadə
- Tələbə, valideyn və akademik heyətlə zəruri hallarda kommunikasiyanın qurulması
Tələblər:
- Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- SAT Math üzrə yüksək nəticə və ya bu sahədə müvafiq təcrübə
- Tədris sahəsində iş təcrübəsi
- İngilis dilində riyazi terminologiyaya hakimlik
- Güclü kommunikasiya və izah etmə bacarığı
- Məsuliyyətli, səbirli və nəticəyönümlü yanaşma
- Öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq
Üstünlükdür:
- SAT Math üzrə yüksək şəxsi nəticənin olması
- SAT müəllimi kimi əvvəlki iş təcrübəsi
- Beynəlxalq imtahanlar üzrə sertifikatların olması
- İngilis dilində sərbəst tədris edə bilməsi
- Rus dili bilikləri
- Xaricdə təhsil və qəbul prosesləri haqqında məlumatlı olması
- Tələbələrlə fərdi işləmək və onların nəticələrini yüksəltmək üzrə uğurlu təcrübənin olması
Şərtlər:
- Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
- İş qrafiki: tam və natamam mümkündür
- İstirahət günü: həftənin bazar günü
- Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Maraqlanan namizədlər mövzu hissəsində “SAT MATH müəllimi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
ROOF Academic Training komandası dil, beynəlxalq sertifikatlara hazırlıq, IELTS hazırlığı və xaricdə təhsil üzrə ixtisaslaşmış təhsil şirkətidir. Şirkət öz fəaliyyətinə 2017-ci ilin yayında başlamışdır.
Roof Academic Training — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müştəri müraciətlərini qəbul edir, müqavilələr hazırlayır və portfelə nəzarət edir, maliyyə təhsili tələb olunur.
Riyaziyyat müəllimi olaraq, dərsləri müasir texnologiyalarla planlaşdırmaq və təqdim etmək tələb olunur.
Ümumi İngilis dili dərsləri keçir və şagirdləri standart testlərə hazırlayır, minimum 3 il təcrübə tələb olunur.



