Xarici turların hazırlanması və müştəri sorğularının vaxtında cavablandırılması bacarığı tələb olunur
Vakansiya haqqında
Canary Travel Agency komandamıza qoşulmaq üçün outgoing tur meneceri vakansiyası elan edir. Sosial şəbəkələr vasitəsilə daxil olan müştəri sorğularını satışa çevirmək bacarığına malik, turizm sahəsində təcrübəli və nəticəyönümlü namizədləri komandamıza dəvət edirik.
Vəzifə öhdəlikləri
- Müxtəlif istiqamətlər üzrə mövsümə və müştəri tələbatına uyğun fərdi və qrup tur paketlərinin hazırlanması və təşkili;
- Aviabiletlərin və hotellərin müvafiq sistemlər vasitəsilə bronlaşdırılması və satışı;
- Müştərilərə viza dəstəyi xidmətinin göstərilməsi;
- Sosial şəbəkələrdən daxil olan müştəri sorğularının operativ cavablandırılması və satışa çevrilməsi;
- Müştərilərin ehtiyaclarına uyğun tur paketlərinin təqdim edilməsi və satış prosesinin idarə olunması;
- Səyahət sığortalarının rəsmiləşdirilməsi;
- Xarici və yerli tərəfdaşlarla əlaqələrin qurulması, işgüzar yazışmaların aparılması;
- Satışı həyata keçirilən tur proqramlarının gedişatına nəzarət edilməsi;
- Gündəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
Namizədə tələblər
- Turizm sahəsində, xüsusilə outgoing tur meneceri vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Güclü satış və müştəri ilə ünsiyyət bacarıqları;
- Sosial şəbəkələrdən daxil olan sorğuların satışa çevrilməsi üzrə təcrübə;
- Aviabilet və hotel bronlaşdırılması, tur paketlərinin təşkili sahəsində bilik və bacarıqlar;
- İnternetdən sərbəst istifadə, sürətli məlumat axtarışı və araşdırma aparmaq bacarığı;
- Səlis, peşəkar və işgüzar ünsiyyət bacarığı;
- Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
- İngilis və rus dillərini orta səviyyədə bilmək arzuolunandır.
İş şəraiti
- İş qrafiki: Həftənin 7 günü fəaliyyət göstərən iş rejimi, növbəli istirahət sistemi ilə;
- İş saatları: 10:00–19:00;
- İstirahət günləri: Həftə ərzində növbəli şəkildə 2 gün;
- Əməkhaqqı namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun müəyyən edilir;
- Satış nəticələrinə əsasən əlavə komissiya nəzərdə tutulur;
- Satış həcmi artdıqca komissiya məbləği də artır;
- Yüksək satış nəticələrinə uyğun olaraq gəlir artımı imkanı mövcuddur.
İş ünvanı - Azure Biznes Mərkəzi
Vakansiyaya uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-poçtun mövzu hissəsində “Tur meneceri” qeyd olunmalıdır.
Xahiş olunur, yalnız qeyd olunan tələblərə cavab verən və turizm sahəsində minimum 2 il iş təcrübəsi olan namizədlər müraciət etsinlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Azure Biznes Mərkəzində yerləşir.
İş həftənin 7 günü, növbəli istirahət sistemi ilə 10:00–19:00 saatları arasında təşkil olunur.
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müəyyən edilir, satış nəticələrinə əsasən əlavə komissiya və gəlir artımı imkanı mövcuddur.
Minimum 2 il turizm sahəsində, xüsusilə outgoing tur meneceri vəzifəsində iş təcrübəsi, güclü satış və ünsiyyət bacarıqları tələb olunur. İngilis və rus dillərini orta səviyyədə bilmək arzuolunandır.
CV göndərilməlidir, e-poçtun mövzu hissəsində “Tur meneceri” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 21 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGetmə turizm üzrə menecer üzrə Bakıda digər açıq elanlar.
Getmə turizm üzrə menecer kimi tur paketləri və viza prosedurlarını idarə etmək üçün 3 il təcrübə tələb olunur
Aviabiletlərin bronlaşdırılması və tur paketlərinin hazırlanması üzrə müştəri ilə işləmək bacarığı tələb olunur
Xarici ezamiyyətlərin aviabilet, otel və viza əməliyyatlarını təşkil etmək üçün 3 il təcrübə tələb olunur


