Vakansiya haqqında

Carlton Travel komandasına Incoming Manager (Daxili turizm) axtarır — XANIM

Daxili turizmi sevən, Azərbaycan üzrə turların təşkili sahəsində təcrübəsi olan və işi müstəqil şəkildə idarə edə bilən xanım əməkdaş axtarırıq.

Əmək haqqı: 800 AZN + bonus

Təcrübə və peşəkar bacarıqlardan asılı olaraq əmək haqqı müsahibə zamanı müzakirə oluna bilər.

İş qrafiki

  • Bazar ertəsi – Cümə — 10:00-dan 18:00-dək
  • Şənbə — 11:00-dan 17:00-dək
  • Bazar — istirahət

Cari turistlər, qruplar və təcili hallar olduqda iş saatlarından kənar operativ əlaqə saxlamaq tələb olunur.

24/7 əlaqədə olmaq

Bizə sadəcə rezervasiya edən əməkdaş deyil, turistin Azərbaycana gəlişindən səfərin sonunadək bütün prosesi idarə edə bilən Incoming Manager lazımdır.

Incoming sahəsində real təcrübəniz varsa, CV-nizi bizə göndərin.

Vəzifə öhdəlikləri

  • Inbound / Incoming turizm sahəsində iş təcrübəsi

  • Azərbaycanın otel bazasını yaxşı tanımaq və otellərlə işləmək bacarığı

  • Bakı və regionlar üzrə fərdi və qrup marşrutlarının, ekskursiya proqramlarının hazırlanması

  • Transfer və nəqliyyat şirkətləri ilə işləmək bacarığı

  • Xarici turistlərin və turist qruplarının qarşılanması və səfərinin koordinasiyası

  • Rezervasiyaların, transferlərin, ekskursiyaların və digər xidmətlərin operativ idarə olunması

  • Tur proqramlarının hesablanması və təkliflərin hazırlanması

  • MICE layihələri üzrə təcrübə — üstünlükdür

  • VIP müştərilərlə iş təcrübəsi — üstünlükdür

  • Problem yarandıqda sürətli qərar vermək və həll yolu tapmaq bacarığı

  • Məsuliyyətlilik, təşkilatçılıq və stressə davamlılıq

Tələblər

Xanım namizədlər tələb olunur

Inbound / Incoming turizm sahəsində iş təcrübəsi

  • Azərbaycanın otel bazasını yaxşı tanımaq
  • Marşrutların və ekskursiya turlarının hazırlanması (Bakı və regionlar)
  • Nəqliyyat şirkətləri ilə işləmək bacarığı
  • Turist qruplarının qarşılanması və müşayiəti
  • MICE təcrübəsi — arzuolunandır
  • VIP müştərilərlə işləmək bacarığı — üstünlükdür
  • Stressə davamlılıq, məsuliyyət və təşkilatçılıq

Dil bilikləri:

Azərbaycan dili — sərbəst
Rus dili — sərbəst
İngilis dili — minimum B2

Yerləşmə
Bakı
Təcrübə
Lead / Head
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800 ₼
Yerləşdirilib
10 avqust 2026
Dillər
Russian, Azerbaijani, English

Şirkət haqqında

Carlton Travel Assistance — VIP turizm və korporativ xidmətlər sahəsində lider şirkət
Meeting planning service · Baku
Carlton Travel Assistance — VIP turizm və korporativ xidmətlər sahəsində lider şirkət — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

800 ₼
Incoming menecer
Müraciət et