B2B müştərilərə ERP sistemi satmaq və demo keçirmək üçün satış bacarığı tələb olunur
Vakansiya haqqında
Şirkətimiz xammal məhsullarının satışı və korporativ müştərilərlə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində komandamıza aktiv, ünsiyyətcil və nəticəyönümlü Satış mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri
- Azərbaycan bazarında potensial müştərilərin, xüsusilə iri zavodların, fabriklərin və istehsalat müəssisələrinin müəyyən edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
- Xammal məhsullarının satışı məqsədilə istehsalat müəssisələri və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Potensial müştərilərə kommersiya təkliflərinin hazırlanması və göndərilməsi;
- Müştərilərlə görüşlərin və işgüzar danışıqların təşkil edilməsi və keçirilməsi;
- Şirkətin təqdim etdiyi məhsulların çeşidinin, texniki xüsusiyyətlərinin və istifadə sahələrinin öyrənilməsi;
- Müştərilərə məhsullar haqqında ətraflı məlumatın verilməsi və məhsul təqdimatlarının keçirilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və onlara uyğun məhsulların təklif olunması;
- Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi və uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi;
- Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;
- Görülmüş işlər, keçirilmiş görüşlər və satış nəticələri barədə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- B2B satış və korporativ müştərilərlə iş təcrübəsinin olması;
- Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Yeni müştərilərin cəlb edilməsi və işgüzar əlaqələrin qurulması bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Məsuliyyətli, təşəbbüskar, çevik və nəticəyönümlü olmaq;
- Komandada və müstəqil şəkildə işləmək bacarığı;
- İstehsalat, sənaye və ya xammal məhsullarının satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam iş günü
- Əmək haqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ müştərilərlə və iri istehsalat müəssisələri ilə işləmək imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış mütəxəssisi (B2B)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satıcı üzrə bazar adətən 500–750 ₼ ödəyir, median — 600 ₼.
145 açıq vakansiya, 108 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satıcı kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş qrafiki tam iş günüdür.
Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Namizəd CV göndərməlidir və mövzu hissəsində “Satış mütəxəssisi (B2B)” qeyd etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatıcı üzrə Bakıda digər açıq elanlar.
Kinoteatrda reklam satışını həyata keçirir və satış sahəsində minimum 1 il təcrübə tələb olunur
Kosmetika məhsullarının topdan satışını idarə etmək və yeni müştərilər cəlb etmək tələb olunur
Məhsul satışı və müştəri xidməti ilə məşğul olmaq üçün satış texnologiyalarını bilmək tələb olunur



