Qatar maşinistliyi üzrə peşə təcrübəsi proqramı

Bakı Metropoliteni

Vakansiya haqqında

“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir!

Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri) sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Proqram sizə nə qazandıracaq?

  • 6 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim;
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
  • Təcrübə dövründə aylıq əmək haqqı;
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı;
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı.

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı;
  • Ətraflı müsahibə;
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər;
  • Sağlamlıq haqqında tibbi arayışın təqdim edilməsi.

Sizi hansı öhdəliklər gözləyir?

  • Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri);
  • Qatar maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq;
  • Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək;
  • Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak;
  • Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək;
  • Simulyator, qəza oyunları və praktiki məşğələlər vasitəsilə real iş situasiyalarına hazırlıq;
  • Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması.

Namizədlərdən tələblərimiz

  • Yaş həddi: 22 - 35;
  • Ali texniki, orta texniki və ilk peşə ixtisaslı təhsil üstünlükdür;
  • Dİqqətli və məsuliyyətli;
  • Operativlik və yüksək iş intizamı.

​​​​​​​Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5650 müraciətinizi tamamlaya bilərsiniz;

Uğurlar!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Təcrübə proqramı
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 oktyabr 2026
Son tarix
20 noyabr 2026
Baxış
24

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Sürücü üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

107 açıq vakansiya, 88 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Sürücü kimi öz maaşını yoxla

Şirkət haqqında

Bakı Metropoliteni
Rail Transportation · 5000 + · Bakı
Bakı Metropoliteni — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Təcrübə dövründə aylıq əmək haqqı verilir.

Namizədlərin yaşı 22-35 arasında olmalıdır.

Ali texniki, orta texniki və ya ilk peşə ixtisaslı təhsil üstünlükdür.

İxtisas üzrə test imtahanı, müsahibə, psixoloji və qərarvermə qabiliyyəti testləri keçirilir.

Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciət etmək olar. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sürücü üzrə Bakıda digər açıq elanlar.

Makro2000 Group of Company
Mütəxəssis · 3+ ilBakı
900₼

Rəhbərliyin və ofisin nəqliyyat xidmətlərini təmin etmək üçün sürücü tələb olunur.

Vehicle MaintenanceDriving License Category BRoute PlanningTraffic rules compliance+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qatar maşinistliyi üzrə peşə təcrübəsi proqramı
Müraciət et