О роли

Təsvir

Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Şirkətimizin vergi uçotu və hesabatlılığı proseslərini müstəqil idarə edəcək, vergi öhdəliklərinin düzgün və vaxtında icrasını təmin edəcək Baş vergi mütəxəssisi axtarırıq.

Bu rol vergi uçotu sisteminin qurulmasına və aparılmasına, müvafiq bəyannamə və hesabatların hazırlanmasına, vergi orqanları ilə münasibətlərin idarə olunmasına və vergi risklərinin azaldılmasına cavabdeh olacaq.

Bu vəzifədə uğur qazanmaq üçün vergi qanunvericiliyini praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.

Əsas öhdəliklər:

Vergi uçotunun qurulması və idarə olunması

  • Şirkətin fəaliyyət xüsusiyyətlərinə uyğun vergi uçotu sistemini qurmaq, vergi registrlərini hazırlamaq və uçotun düzgün aparılmasını təmin etmək.
  • Əməliyyatların vergi məqsədləri üçün düzgün təsnifləşdirilməsini və müvafiq sənədlərlə əsaslandırılmasını təmin etmək.
  • Mühasibat uçotu ilə vergi uçotu məlumatlarını üzləşdirmək, yaranan fərqləri araşdırmaq və müvafiq düzəlişlərin aparılmasını təmin etmək.
  • Vergi hesablamalarını əsaslandıran sənədlərin və məlumatların tamlığını, izlənilə bilməsini və sistemli saxlanılmasını təmin etmək.

Vergi hesabatlılığı və öhdəliklərin icrası

  • Şirkətin fəaliyyətinə tətbiq olunan bütün vergi bəyannamələrini və hesabatlarını müstəqil hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
  • Vergi öhdəliklərini düzgün hesablamaq, hesablamaların tamlığını və dəqiqliyini yoxlamaq.
  • Vergi hesabatlılığı və ödəniş təqvimini idarə etmək, ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək.
  • Vergi orqanları ilə hesablaşmaları mütəmadi üzləşdirmək, borc, artıq ödəmə və digər fərqləri araşdıraraq aradan qaldırılması üçün tədbirlər görmək.

Vergi orqanları ilə əlaqələr və yoxlamaların izlənilməsi

  • Vergi orqanları ilə yazışmaları idarə etmək, daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavablar hazırlamaq.
  • Kameral yoxlamalar zamanı müəyyən edilən uyğunsuzluqları araşdırmaq, izahatları və təsdiqedici sənədləri vaxtında təqdim etmək.
  • Vergi yoxlamalarını müşayiət etmək, tələb olunan məlumat və sənədlərin hazırlanmasını əlaqələndirmək.
  • Yoxlama nəticələrini təhlil etmək, şirkətin vergi mövqeyini əsaslandırmaq və zəruri tədbirlərin icrasını izləmək.

Vergi risklərinin idarə olunması və proseslərin təkmilləşdirilməsi

  • Mövcud və planlaşdırılan əməliyyatların vergi nəticələrini qiymətləndirmək, potensial riskləri müəyyənləşdirmək və onların azaldılması üzrə təkliflər hazırlamaq.
  • Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və uçot proseslərinə tətbiq etmək.
  • Maliyyə, mühasibatlıq və digər struktur bölmələrinə əməliyyatların vergi aspektləri üzrə məsləhət vermək.
  • Vergi proseslərində daxili nəzarəti gücləndirmək, əl əməyinin və səhv riskinin azaldılması üçün təkmilləşdirmələr həyata keçirmək.
  • Rəhbərliyə vergi öhdəlikləri, risklər və həllini gözləyən məsələlər üzrə aydın və əsaslandırılmış məlumat təqdim etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər müvafiq ixtisas üzrə ali təhsil.
  • Vergi sahəsində minimum 5 il iş təcrübəsi.
  • Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə dərin biliklər və bu bilikləri praktiki əməliyyatlara tətbiq etmək bacarığı.
  • Şirkətin vergi uçotunu, bəyannamə və hesabatlarının hazırlanmasını, eləcə də vergi öhdəliklərinin icrasını müstəqil idarə etmək üzrə praktiki təcrübə.
  • Vergi registrlərinin hazırlanması, hesablaşmaların üzləşdirilməsi və uçot məlumatlarının təhlili üzrə təcrübə.
  • Vergi orqanları ilə yazışmaların aparılması, kameral uyğunsuzluqların araşdırılması və vergi yoxlamalarının müşayiəti üzrə təcrübə.
  • MS Excel və 1C proqramında sərbəst işləmək, elektron vergi xidmətlərindən istifadə etmək bacarığı.
  • Güclü analitik düşünmə, problem həll etmə və detallara diqqət bacarıqları.
  • Prioritetləri və son tarixləri effektiv idarə etmək, müstəqil qərar vermək və işin nəticələrinə görə məsuliyyət daşımaq bacarığı.
  • Peşəkar ünsiyyət, əsaslandırılmış mövqe təqdim etmək və müxtəlif struktur bölmələri ilə səmərəli əməkdaşlıq bacarıqları.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkəti olan FMG-də vergi uçotu və hesabatlılığı proseslərini müstəqil idarə etmək imkanı
  • Vergi uçotu sisteminin qurulmasına, daxili nəzarətin gücləndirilməsinə və proseslərin təkmilləşdirilməsinə birbaşa töhfə vermək imkanı
  • Müxtəlif biznes əməliyyatlarının vergi aspektləri üzrə dəyərli təcrübə qazanmaq imkanı
  • Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
  • Rəqabətli əməkhaqqı və bonus
  • Geniş təminatlı tibbi sığorta

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Подходишь ли ты на эту вакансию?

Загрузи CV — за 10 секунд увидишь процент совпадения, свою цену на рынке и чего не хватает в резюме.

Локация
Баку, Zərifə Əliyeva küç. 93
Опыт
5+ лет
Занятость
Полная занятость
Зарплата
Не указана
Опубликовано
4 ноября 2026
Дедлайн
4 декабря 2026
Просмотры
150

О компании

Facility Management Group
Daşınmaz əmlak xidmətləri, Əmlakın idarə olunması · 1,001-5,000 · Bakı
Все вакансии Facility Management Group

Ваш отклик

Создайте профиль на HRX

С ним вы узнаете решение работодателя, будете получать рекомендации по подходящим вакансиям и быстро на них откликаться.

Резюме

Загрузите файлPDF до 8 МБ

Если ваше резюме уже есть в HRX, загружать файл не нужно — подтвердите номер, и мы приложим его сами.

Нет резюме? Соберите за 5 минут

Как работодатель может с вами связаться?

Нажимая «Откликнуться на вакансию», вы принимаете Условия использования и Политику конфиденциальности.

Подходит знакомому?

Друг откликнется прямо по ссылке

Вопросы об этой вакансии

Рабочее место находится в городе Баку.

Требуется минимум 5 лет опыта работы в налоговой сфере.

Вакансия на полный рабочий день.

Предлагается конкурентоспособная зарплата и бонусы.

Отклик отправляется через форму на этой странице: письмо уходит напрямую работодателю, регистрация не нужна.

Перейти к форме отклика

Похожие вакансии

Все похожие вакансии

Другие открытые объявления по роли «Специалист по налогам» в городе Баку.

Foodcity Agropark
Опытный специалист · 3+ летБаку
З/п не указана

Работает по подготовке и подаче налоговой отчетности, хорошо знает налоговое законодательство.

Tax CodeTeamworkMicrosoft Excel1C ERP+2
ОткликнутьсяНапрямую работодателюНапрямую работодателю
ATS Food
Опытный специалист · 5+ летСумгаит
З/п не указана

Организует налоговый учет, управляет налоговыми обязательствами и требует минимум 5 лет опыта

Tax Risk ManagementERP SystemsData AnalysisTax Accounting+7
ОткликнутьсяНапрямую работодателюНапрямую работодателю
Все похожие вакансии
Не указана
Ведущий специалист по налогам
Откликнуться