Data warehouse və ETL proseslərini idarə etmək üçün ən azı 2 il təcrübəsi olan data mühəndis axtarılır
Vakansiya haqqında
Əsas vəzifələr
- Bankın müxtəlif informasiya sistemlərindən məlumatların toplanması, inteqrasiyası və analitik istifadəyə hazırlanması;
- Məlumatların emalı və ötürülməsi üçün ETL/ELT proseslərinin layihələndirilməsi, hazırlanması və optimallaşdırılması;
- Data Warehouse və digər məlumat saxlama platformalarının inkişaf etdirilməsi;
- Analitik və hesabatlıq ehtiyaclarına uyğun məlumat modellərinin hazırlanması;
- Məlumat axınlarının (Data Pipeline) etibarlılığının, davamlılığının və performansının təmin edilməsi;
- Məlumatların keyfiyyətinin standartlara uyğunluğunun yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
- Digər bölmələrlə əməkdaşlıq edərək analitik ehtiyacların texniki həllərlə təmin edilməsi;
- Data standartlarının və data idarəetmə tələblərinin tətbiqində iştirak.
Tələblər
- Kompüter elmləri, informasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə ali təhsil;
- SQL, PL/SQL və verilənlər bazaları ilə işləmək üzrə biliklər;
- Python və məlumatların emalı üçün müvafiq kitabxanalarla işləmək bacarığı;
- ETL/ELT prosesləri və məlumatların inteqrasiyası üzrə biliklər və praktiki təcrübə;
- Data Warehouse və məlumat modelləşdirilməsi prinsipləri üzrə biliklər;
- Relyasiyalı verilənlər bazalarının strukturu və bu struklturların hesabatlıq yönümlü optimallaşdırılması üzrə biliklər;
- Məlumatların keyfiyyətinin yoxlanılması və məlumat axınlarında xətaların aşkarlanması üsulları üzrə biliklər;
- Analitik düşüncə, problem həll etmə və komanda ilə işləmək bacarığı.
- İngilis dili bilikləri, əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində.
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Apache Airflow və ya digər Data Orchestration alətləri üzrə biliklər;
- Git və versiyaya nəzarət sistemləri ilə işləmək təcrübəsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Data mühəndisi üzrə bazar adətən 1 000–2 550 ₼ ödəyir, median — 2 000 ₼.
13 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Data mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİngilis dili əsasən texniki sənədləri oxumaq və anlamaq səviyyəsində tələb olunur.
SQL, PL/SQL, Python, Apache Airflow və Git bilikləri tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarData mühəndisi üzrə Bakıda digər açıq elanlar.
AI və BI layihələrində ETL/ELT pipeline-larını və Data Warehouse qurur, güclü SQL və Python bilikləri tələb olunur.
Böyük həcmli bazar məlumatlarını toplayan, təmizləyən və optimallaşdıran Data Engineer axtarılır.
Məlumat modellərinin inkişafı və ETL pipeline-ların idarə olunması üçün Data Engineer axtarılır.




