İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur
Vakansiya haqqında
RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır.
Namizədə dair tələblər
- Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir;
- İngilis dili biliyi arzuolunandır;
- Ünsiyyət və müsahibə aparmaq bacarığı;
- Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq;
- İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı;
- Komanda ilə işləmək və operativ qərar vermək bacarığı;
- İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
- İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək;
- Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək;
- Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;
- Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək;
- Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək;
- Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək.
Təklif edirik
- 1000 AZN əməkhaqqı;
- Peşəkar və işgüzar mühit;
- İş bacarıqlarına uyğun inkişaf imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın.
RS Global — Birlikdə daha böyük hədəflərə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
HR generalisti üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
21 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR generalisti kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 1000 ₼-dir.
CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçVakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və müsahibələr təşkil etmək daxildir.
Yeni əməkdaşların işə uyğunlaşması və sənədləşmə proseslərini idarə etmək tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR generalisti üzrə Bakıda digər açıq elanlar.
İşə qəbul, sənəd hazırlığı və əmək qanunvericiliyini bilən insan resursları üzrə mütəxəssis.
İşə qəbul prosesini idarə edir və HR sahəsində minimum 3 il təcrübəsi tələb olunur.
İşçilərin əmək müqavilələrinin idarə olunması və əmək qanunvericiliyini bilmək tələb olunur.




