İnsan resursları üzrə menecer işə qəbul, təlim və HR administrasiyasını idarə edir və əmək qanunvericiliyini bilir.
Vakansiya haqqında
“ATL Tech” olaraq İnsan Resursları fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- İR ilə əlaqədar müvafiq sənədləşmə, kargüzarlıq proseslərinin həyata keçirilməsini təmin etmək;
- Vəzifə öhdəliklərini təhlil etmək və müvafiq vakansiya elanlarının hazırlanması prosesində iştirak etmək;
- CV-lərin ilkin seçim və qiymətləndirilməsini həyata keçirmək, uyğun namizədləri müəyyənləşdirmək;
- Namizədlərlə müsahibələrin təşkilini və namizəd seçimi prosesini həyata keçirmək;
- Yeni əməkdaşların işə qəbul və şirkətə adaptasiya prosesinin təşkilində iştirak etmək;
- İşçilərin şəxsi işlərinin, əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanmasını təmin etmək;
- İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, xitam və digər kadr prosesləri üzrə müvafiq sənədləşmələri həyata keçirmək;
- ƏMAS portalında əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək;
- İR məlumat bazasının mütəmadi olaraq yenilənməsini və düzgün idarə olunmasını təmin etmək;
- İşçilərin davamiyyət və məzuniyyət məlumatlarının uçotunu aparmaq;
- Müvafiq İR hesabatlarının hazırlanmasında iştirak etmək;
- Şirkətdaxili tədbirlərin və digər İR layihələrinin təşkilində iştirak etmək;
- İR proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində proseslərdə rol almaq;
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);
- Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı;
- Analitik düşünmək qabiliyyəti;
- Aktiv və təşəbbüskar yanaşma;
- Dəqiqlik və detallara diqqətli yanaşma;
Müraciətlərinizi mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.
Şirkət haqqında
Tariximiz 2013-cü ildə yaradıcı və bir o qədər də cəsarətli şəxslərin dünyanı dəyişdirəcək qabaqcıl həllər təqdim etmək üçün bir araya gəlməsi ilə başlayır.
ATL Tech — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İşə qəbul və əmək müqavilələrinin idarə olunmasını həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.
İşə qəbul, əmək müqavilələrinin idarə olunması və əməkhaqqı hesablamaları üzrə iş aparır, 1 il təcrübə tələb olunur.
İşə qəbul, əmək haqqı və sənədləşmə proseslərini idarə edən, 1 il təcrübəli HR mütəxəssisidir.




