Məlumatların inteqrasiyası və idarə olunmasını həyata keçirir, Data Engineering üzrə 5-7 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Miqyaslana bilən data arxitekturalarını (data lake, data warehouse, data mesh prinsipləri) dizayn etmək və data modelləşdirmə standartlarını müəyyən etmək;
- MLOps komponentlərinin (feature store, model registry, model deployment orkestrasiyası) qurulmasına liderlik etmək (OpenShift AI, Kubernetes);
- İri həcmli batch və real-vaxt data pipeline-larını (Kafka, CDC, ETL/ELT) dizayn etmək və dayanıqlılığını təmin etmək;
- Data governance istiqamətində data lineage, metadata kataloqu və data access siyasətlərinin platforma mexanizmləri ilə tətbiqini təmin etmək;
- AI iş yükləri üçün infrastruktur tələblərini (GPU resursları və s.) müəyyən etmək və Cloud-Native komandası ilə birgə təmin etmək;
- Data keyfiyyəti monitorinqi və data observability strategiyasını qurmaq, performans problemlərini öncədən aşkarlamaq.
- Geniş data platforması dəyişikliklərini planlamaq, tətbiq etmək və riskləri dəyərləndirmək;
- Data təhlükəsizliyi, yüksək mövcudluq (High Availability) və xərclərin optimallaşdırılması kimi strateji sahələrdə qərar vermək.
Bizim üçün uyğun namizəd:
- İnformasiya Texnologiyaları, Kompüter elmləri sahəsində ali təhsili olan;
- İri miqyaslı data pipeline-larının (batch və streaming) dizaynı və istismarı üzrə dərin təcrübəyə sahib;
- MLOps alətləri və yanaşmaları (model registry, feature store, model serving; OpenShift AI və ya oxşar platformalar) üzrə təcrübəsi olan;
- Python və SQL üzrə yüksək səviyyədə səriştəsi olan; Kubernetes/OpenShift üzrə dərin biliklərə sahib;
- Mentorluq və geniş mühəndislik təcrübəsi olan kollektivlə ünsiyyət bacarıqlarına malik olan;
- Komanda idarəetməsi, liderlik və kompleks texnoloji problemlərə innovativ həllər tapma bacarıqları olan;
- Scrum/Agile prinsipləri üzrə işləmək qaydalarını bilən;
- İnsident və Problem idarə edilməsi üzrə biliklərə sahib;
- İnkişaf etdirilmiş analitik bacarıqlar və kritik düşüncəsi olan və mürəkkəb texniki məsələləri başa düşərək problemi təhlil edib optimal həllər təqdim edən şəxsdir.
Yerləşmə
Azərbaycan
Təcrübə
Senior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 avqust 2026
Son tarix
23 sentyabr 2026
Şirkət haqqında
ABB
Banking · Baku
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
ABB — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
AI layihələrinin həyata keçirilməsini idarə edir və Python, ML bilikləri tələb olunur
Maaş göstərilməyib
AI layihələrinin icrasını idarə edir, texniki rəhbərlik edir və data elmi sahəsində təcrübə tələb olunur.
Maaş göstərilməyib
Verilənləri analiz edərək proqnoz modelləri qurmaq üçün maşın öyrənmə bacarığı tələb olunur.




