Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Vakansiya haqqında
Vəzifələr və məsuliyyətlər:
Anbara daxil olan malların qəbulunu, sayımını və keyfiyyətə uyğunluğunu yoxlamaq;
Anbar əməliyyatlarını 1C proqramında düzgün və vaxtında qeydiyyata almaq;
Malların anbar daxilində təyin olunmuş qaydalara uyğun şəkildə yerləşdirilməsini təmin etmək;
Anbar üzrə mal qalıqlarının uçotunu aparmaq və mütəmadi nəzarət etmək;
İnventarizasiya prosesində iştirak etmək, sayımların düzgün aparılmasına və nəticələrə görə məsuliyyət daşımaq;
Malların təhvil-təslim sənədlərini yoxlamaq, qeydiyyatını aparmaq və arxivləşdirmək;
Sifarişlərə uyğun məhsulların hazırlanmasını, komplektləşdirilməsini və vaxtında göndərilməsini təmin etmək;
Anbarın səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasına nəzarət etmək;
Anbar fəaliyyətində mövcud prosedur və qaydalara riayət etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və məsuliyyətlə yerinə yetirmək.
Tələb edilən bacarıqlar və təhsil:
Orta ixtisas və ya ali təhsil;
Anbar sahəsində minimum 1 il iş təcrübəsi;
Malların qəbulu, yerləşdirilməsi və uçotu üzrə biliklər;
1C proqramında işləmə bacarığı (mütləqdir);
MS Office proqramlarında, xüsusilə Excel-də işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
İş saatları və əmək şərtləri
Əmək haqqı: 900 man.
İş qrafiki: 5 günlük iş qrafiki.
İş yeri: Nərimanov ray., M.Araz küçəsi (Ulduz metrosu yaxınlığı).
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Storage mühəndisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
31 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Storage mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti yüksək, qiymətləri isə münasibdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Nərimanov rayonu, M.Araz küçəsi, Ulduz metrosu yaxınlığındadır.
İş qrafiki həftədə 5 gündür.
Əmək haqqı 900 manatdır.
Anbar sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
1C proqramında işləmək bacarığı mütləqdir, həmçinin MS Office, xüsusilə Excel proqramlarında işləmək bacarığı tələb olunur.
Orta ixtisas və ya ali təhsil tələb olunur.
Müraciət etmək üçün sənədlərinizi e-poçt vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarStorage mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Anbar əməliyyatlarını idarə edir, malların qəbulu və saxlanmasını təmin edir, 3 il təcrübə tələb olunur
Anbarda materialların inventarını idarə edir və hesabatları hazırlamaq üçün məsuliyyət daşıyır.
Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur



