Anbarda ehtiyatların qəbulunu, saxlanmasını və verilməsini idarə etmək üçün 1 ildən çox təcrübə tələb olunur
Vakansiya haqqında
Titan Group komandası anbar təsərrüfatı sahəsində təcrübəli, məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarığına malik namizədləri işə dəvət edir. Namizəd anbar əməliyyatlarının düzgün təşkili, malların qəbulu, yerləşdirilməsi, saxlanılması və təhvil verilməsi, anbar qalıqlarına nəzarət və uçot proseslərinin aparılmasına cavabdeh olacaq.
Əsas vəzifə və öhdəliklər:
- Anbara daxil olan və anbardan çıxan malların qəbul və təhvil prosesinin həyata keçirilməsi;
- Malların say, çeşid və keyfiyyət baxımından yoxlanılması;
- Malların anbarda düzgün yerləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
- Anbar qalıqlarının mütəmadi yoxlanılması və nəzarətdə saxlanılması;
- Mal-material ehtiyatlarının uçotunun aparılması;
- ERP proqramı üzərindən anbar əməliyyatlarının qeydiyyatının aparılması;
- Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının hazırlanması və rəsmiləşdirilməsi;
- Planlı və növbədənkənar inventarizasiyalarda iştirak və prosesin təşkili;
- Malların itki və zədələnmə hallarının qarşısının alınması;
- Anbar sahəsində səliqə-sahmanın və təhlükəsizlik qaydalarının təmin edilməsi;
- Anbar qalıqları və mal dövriyyəsi üzrə hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icra edilməsi.
Namizədə dair tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi;
- Anbar uçotu və mal-material ehtiyatlarının idarə edilməsi üzrə praktiki biliklər;
- ERP proqramları ilə işləmək bacarığı;
- MS Office proqramlarını, xüsusilə Excel-i bilmək;
- Anbar sənədləşməsi və inventarizasiya qaydaları haqqında məlumatlı olmaq;
- Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmək bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 1000–1300 AZN;
- İş təcrübəsi: 3+ il;
- İş istiqaməti: Anbar əməliyyatları və anbar uçotu;
- Peşəkar inkişaf və təcrübəyə uyğun iş mühiti;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
- İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Anbardar”
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Storage mühəndisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.
31 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Storage mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
“Titan Group” Sənaye Şi̇rkətlər Bi̇rli̇yi̇ 1989-ci i̇ldən eti̇barən Azərbaycan bazarında ti̇carət və sənaye soyuducu avadanlıqlarının i̇stehsalçısı ki̇mi̇ fəali̇yyətə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftəiçi 5 gün, 09:00–18:00 saatları arasında işlənir.
İş ünvanı Binə qəsəbəsidir.
Əmək haqqı 1000–1300 ₼ aralığındadır.
Anbardar vəzifəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçElektron məktubun mövzu hissəsində “Anbardar” qeyd olunmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarStorage mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Anbarda malların qəbulunu, sayımını və 1C proqramında uçotunu aparmaq tələb olunur
Malların anbara qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını aparmaq üçün 1-3 il təcrübə tələb olunur
Anbara daxil olan və çıxan məhsulların qəbulunu, yerləşdirilməsini və inventarizasiyasını idarə etmək.



