Filialın gündəlik fəaliyyətini idarə edir və komanda idarəetmə bacarığı tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Filialın (Mağazanın) daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;
- Şirkət prosedurlarına uyğun olaraq Filialın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
- Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
- Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
- Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək.
- İşçi heyətinin idarə edilməsi və inkişafını həyata keçirtmək
- İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək.
- İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək.
- Təmizlik və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
- Filial sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək.
- Maliyyə və kassa əməliyyatlarına nəzarət etmək
- Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
- Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.
Tələblər
- Ali təhsil (Biznes, Menecment və ya əlaqəli sahələrdə təhsil üstünlükdür).
- Satış və Rəhbər sahəsində minimum 3 il təcrübə.
- Liderlik və İdarəetmə Bacarıqları
- Satış planı ilə işləmək bacarığı.
- Müştəri yönümlü düşüncə və şikayətlərin effektiv həlli bacarığı.
- Performans və KPI göstəricilərini təhlil edərək strateji qərarlar qəbul etmək.
- Mebel mağazasında təcrübənin olması arzuolunandır.
- 1C proqramında işləmə bacarığı arzu olunandır.
Şəxsi Keyfiyyətlər
- Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq.
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
- Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.
İş şərtlərimiz
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 1500 AZN + yüksək bonus
- Korporativ nömrə
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Filial müdiri üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 200 ₼.
5 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Filial müdiri kimi öz maaşını yoxlaŞirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFilial müdiri üzrə Bakıda digər açıq elanlar.
Filialın gündəlik fəaliyyətini idarə edir, kredit və satış biliklərinə malik olmalıdır
Mağazanın satış hədəflərinə çatmaq və komandanı idarə etmək üçün 3 il təcrübəli rəhbər tələb olunur
Filialın idarə olunmasını həyata keçirir və kredit portfelinin idarə olunmasında təcrübə tələb olunur.




