Vakansiya haqqında

Vəzifələr və məsuliyyətlər

  • Şirkətin müşətri bazasındakı nömrələrlə əlaqə saxlayaraq, eyni zamanda şirkətə daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
  • Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq.
  • Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək.
  • Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək.
  • Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək.
  • Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək.
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq.
  • Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi.
  • Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.

Tələb edilən bacarıqlar və təhsil

  • Ali və ya orta ixtisas təhsili.
  • Yüksək ünsiyyət bacarıqları.
  • Problem həll etmə qabiliyyəti.
  • Müştəri məmnuniyyətini təmin etmə bacarığı.
  • Müvafiq texniki biliklər və məhsullar barədə məlumat.
  • Komanda ilə işləmək qabiliyyəti.
  • Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı.
  • Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir.
  • Mükəmməl Azərbaycan dilində ünsiyyət bacarığı, Rus və İngilis dilləri arzuolunandır.

İş saatları və əmək şərtləri

  • Bir həfətlik təcrübə proqramını keçən şəxslərlə AR Qanunvericliyinə əsasən əmək müqaviləsi bağlanır
  • Əmək haqqı: 400 manat (+bonus)
  • İş qrafiki: 5 günlük iş qrafiki (09:00-18:00 və ya 10:00-19:00); İstirahət günləri: 2 gün.
  • İş yeri: Bakı şəhəri, H.Əliyev pr.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi operatoru” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
400 ₼
Yerləşdirilib
17 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 oktyabr 2026

Şirkət haqqında

Yakamoz Production MMC
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku

Yakamoz Production MMC - 2016- cı ilində qeydiyyata alınmışdır. Narmobile, Bakcell və Citynet şirkətləri ilə əməkşdalıq etməkdə və onların məhsullarını vətəndaşlara təqdim etməkdədir.

Yakamoz Production MMC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Rabitəbank ASC
Junior · 1+ ilXankəndi
Maaş göstərilməyib2 gün qalıb

Fiziki şəxslərə bank məhsulları və xidmətləri üzrə yüksək səviyyədə xidmət göstərir və kredit müraciətlərini təhlil edir

Financial AnalysisTeamworkCustomer ServiceSales+5
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
400 ₼
Satış operatoru
Müraciət et