Məhsul və xidmətlərin satınalmasını idarə edir, təchizat və logistika proseslərini optimallaşdırır.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Satınalma sektorunun fəaliyyətinin təşkili, əməkdaşlar arasında iş bölgüsünün aparılması və tapşırıqların icrasına nəzarət;
- Layihələr və struktur bölmələr üzrə satınalma tələbatlarının müəyyənləşdirilməsi, satınalma planlarının və təchizat qrafiklərinin hazırlanması;
- Material, avadanlıq və xidmətlər üzrə texniki tələblərin aidiyyəti bölmələrlə dəqiqləşdirilməsi və qiymət sorğularının hazırlanması;
- Yerli və xarici bazarların araşdırılması, alternativ təchizatçı və istehsalçıların müəyyən edilməsi, təchizatçı bazasının yaradılması və yenilənməsi;
- Təkliflərin qiymət, texniki uyğunluq, keyfiyyət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə müqayisəsinin təşkili;
- Təchizatçı və podratçılarla kommersiya danışıqlarının aparılması, əlverişli qiymət və müqavilə şərtlərinin razılaşdırılması;
- Satınalma sifarişlərinin və müqavilələrin hazırlanmasının əlaqələndirilməsi, təsdiq prosesinin və müqavilə öhdəliklərinin icrasının izlənilməsi;
- Sifarişlərin istehsal, yoxlama, daşınma və təhvil mərhələlərinin izlənilməsi, gecikmə və uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Logistika, anbar, maliyyə və texniki bölmələrlə satınalma proseslərinin əlaqələndirilməsi;
- Satınalma xərclərinin təsdiqlənmiş büdcəyə uyğunluğuna nəzarət və xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
- Təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi, satınalma risklərinin müəyyən edilməsi və alternativ təchizat imkanlarının təmin olunması;
- Satınalma fəaliyyəti, sifarişlərin vəziyyəti və əldə edilmiş qənaət üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə olan tələblər:
- Satınalma və təchizat sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Neft-qaz, tikinti və ya sənaye layihələri üzrə satınalma təcrübəsi;
- Yerli və beynəlxalq satınalma prosesləri, müqavilə şərtləri və Incoterms üzrə biliklər;
- Texniki spesifikasiyalar və kommersiya təklifləri ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək; rus dili biliyi üstünlükdür;
- Komandanın idarə edilməsi, danışıqların aparılması, analitik düşünmə və operativ qərarvermə bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində "(Satınalma sektorunun müdiri)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satınalma mütəxəssisi üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 200 ₼.
77 açıq vakansiya, 55 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satınalma mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Satınalma və təchizat sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilməli, rus dili üstünlükdür.
MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “(Satınalma sektorunun müdiri)” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatınalma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Bakıda tikinti layihələri üçün satınalma strategiyalarını idarə etmək və təchizat zəncirini yönəltmək.
Texniki avadanlıq və ehtiyat hissələrinin satınalma proseslərini idarə etmək və təchizatçılarla danışıqlar aparmaq.
Satınalma proseslərini idarə edir, tender və müqavilə təcrübəsi olan, analitik düşüncəli mütəxəssis tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




