Müəssisənin maliyyə və mühasibat uçotunu idarə edir, 7 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş barədə məlumat
- Maliyyə, vergi və idarəetmə uçotunun düzgün aparılmasına nəzarət
- 1C 8.3 proqramında bütün mühasibat əməliyyatlarının düzgün əks etdirilməsinə nəzarət
- Maliyyə hesabatlarının (Mənfəət və zərər, Maliyyə vəziyyəti, Pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə nəzarət
- ƏDV, Mənfəət vergisi, ÖMV, Əmlak vergisi, Torpaq vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanması və bəyan edilməsi
- E-Qaimə, E-VHF, ƏDV depozit hesabı və digər elektron dövlət sistemlərində əməliyyatların həyata keçirilməsinə nəzarət
- Debitor və kreditor borclarının, əsas vəsaitlərin, mal-materialların və pul vəsaitlərinin uçotuna nəzarət
- Bank əməliyyatlarının, kreditlərin, valyuta əməliyyatlarının və idxal-ixrac əməliyyatlarının uçotunun aparılmasına nəzarət
- Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlili, rentabellik və likvidlik göstəricilərinin hazırlanması
- Vergi və digər dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı şirkətin təmsil olunması
- Mühasibatlıq şöbəsinin işinin təşkili, əməkdaşların fəaliyyətinin koordinasiya edilməsi və nəzarəti
- Mühasibat sənədlərinin qanunvericiliyə uyğun arxivləşdirilməsinin təmin edilməsi
- Rəhbərliyin tapşırığına uyğun maliyyə təhlillərinin və hesabatlarının hazırlanması
Namizədə tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
- Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
- 1C 8.3 proqramında peşəkar səviyyədə işləmək bacarığı
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu haqqında qanunvericiliyin mükəmməl biliyi
- E-Qaimə, E-VHF, ƏDV depozit hesabı və digər elektron dövlət sistemlərində işləmə bacarığı
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə
- İdxal-ixrac əməliyyatlarının uçotu üzrə təcrübə üstünlükdür
- Audit və vergi yoxlamaları ilə işləmə təcrübəsi
- Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və liderlik bacarığı
- Komandanı idarəetmə və qərarvermə bacarığı
- İngilis dili biliyi üstünlükdür, rus dili biliyi arzuolunandır
İş şərtləri
- İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00–17:00
- Əmək haqqı: 1000 – 1500AZN (namizədin bilik və iş təcrübəsindən asılı olaraq)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Korporativ iş mühiti
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-05 (HR)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Abşeron
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
18 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
18 oktyabr 2026
Şirkət haqqında
AZPROM
Government office · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
4 000–6 000₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Maliyyə və mühasibat uçotunu idarə edir, vergi və maliyyə hesabatlarını hazırlayır.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətin maliyyə planlaşdırılmasına rəhbərlik edir, maliyyə sahəsində minimum 3 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətin maliyyə strategiyasını idarə edir və maliyyə sahəsində ən azı 10 il təcrübəsi var
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



