Maliyyə və vergi uçotunu idarə edir, 1C proqramında peşəkar işləmə bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunda və hesabat sənədlərində əks etdirilməsini təşkil etmək və nəzarətdə saxlamaq;
- Müəssisənin mühasibat uçotunun və maliyyə hesabatlarının düzgün aparılmasını təmin etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
- Vergi hesabatlarının hazırlanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə təqdim edilməsini təşkil etmək;
- Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanmasını və vaxtında köçürülməsini təmin etmək;
- Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
- Daxil olan və çıxan pul vəsaitlərinin uçotunu, bank əməliyyatlarını, xərcləri, məhsul satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarını təşkil etmək və nəzarətdə saxlamaq;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilmə hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna , digər ayırmaları tərtib və nəzarət etmək;
- Əməkhaqqı ödənişlərinin, dövlət büdcəsinə məcburi ödənişlərin, sosial sığorta ayırmalarının və digər öhdəliklərin düzgün hesablanmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Maliyyə intizamına riayət olunmasını, inzibati-təsərrüfat və digər xərclərin mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vergi risklərini əvvəlcədən müəyyənləşdirmək və qanunvericiliyə uyğun idarə etmək;
- Pul axınının planlaşdırılmasını və nəzarətini həyata keçirmək;
- Büdcənin hazırlanmasını və faktiki nəticələrlə müqayisəli təhlilini təmin etmək;
- Mənfəətlilik, marja və xərclərin optimallaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
- Mühasibatlıq komandasının fəaliyyətini idarə etmək və nəzarətdə saxlamaq;
Namizədə qarşı tələblər:
- Maliyyə, mühasibatlıq və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Baş mühasib, Maliyyə meneceri və ya oxşar rəhbər vəzifədə minimum 7 il iş təcrübəsi;
- 1C (8.3 Kompleks Avtomatlaşdırma) və MS Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Vergi qanunvericiliyi üzrə dərin biliklər;
- Büdcələşdirmə, maliyyə təhlili və pul axınının idarə olunması üzrə güclü bilik və bacarıqlar;
- Peşəkar Mühasib Sertifikatı (PMS – MHBS);
- ACCA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatları üstünlükdür;
- Azərbaycan dilini səlis bilməli; rus və ingilis dili bilikləri üstünlükdür;
- Analitik düşüncə, yüksək məsuliyyət, detallara diqqət və effektiv qərarvermə bacarığı;
- Komandanı idarə etmək və rəhbərliklə effektiv kommunikasiya qurmaq bacarığı;
İş şəraiti:
- 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 - 18:00
- Tibbi sığorta
- Korporativ nömrə
- Əməkhaqqı: 4000-6000 AZN.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Baş mühasib / Maliyyə meneceri” başlığı ilə göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
4 000–6 000 ₼
Yerləşdirilib
4 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
4 oktyabr 2026
Şirkət haqqında
General Supply
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Bakı
General Supply LLC 2014-cü ildə Azərbaycanın Bakı şəhərində yaradılmışdır. Şirkətin əsas fəaliyyət sahələrini təchizat və logistika xidmətləri təşkil edir.
General Supply — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
1 000–1 500₼
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tikinti layihələrinin maliyyə və mühasibat uçotunu idarə edir, 3-5 il təcrübə tələb olunur.
2 000–2 500₼7 gün qalıb
Maliyyə əməliyyatlarının uçotunu idarə edir və vergi hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Şirkətin mühasibat uçotunu idarə edir və vergi qanunvericiliyini yaxşı bilməlidir.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 

