Vakansiya haqqında

BOKT “Falcon Finance” MMC Lizinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.

İş şəraiti

  • Ərazi: Bakı
  • Maaş: Razılaşma
  • İş rejimi: Tam iş günü (5 gün)
  • Müqavilə: Əmək müqaviləsi

Əsas vəzifələr:

  • Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb edilməsini təmin etmək;
  • Potensial müştərilərlə görüşlər keçirmək, lizinq məhsulları və şərtləri barədə ətraflı məlumat vermək;
  • Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək;
  • Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək;
  • Müştərinin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək;
  • Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
  • Təsdiq edilmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək;
  • Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək, yüksək xidmət keyfiyyətini təmin etmək və satış hədəflərinin icrasına nail olmaq;
  • Daxili prosedur və qaydalara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetrimək.

Tələblər:

  • Yaş: 25 — 45 yaş
  • Təhsil: Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (yalnız Bank, BOKT təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir);
  • Güclü analitik qabiliyyət və satış bacarığı;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Lizinq mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 sentyabr 2026
Son tarix
18 oktyabr 2026

Şirkət haqqında

Falcon Finance
Financial Services · Baku
Falcon Finance — bütün vakansiyalar

Bacarıqlar və texnologiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Eden Agro MMC
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Daxili audit yoxlamalarında iştirak edir, riskləri təhlil edir və maliyyə analizləri aparır, minimum 2 il təcrübə tələb olunur.

Internal AuditRisk AnalysisAnalytical skillsFinancial Analysis+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Lizinq mütəxəssisi
Müraciət et