KOS kredit monitorinqi üzrə aparıcı mütəxəssis

Unibank

Vakansiya haqqında

Təsvir
  • Bankın SME kredit portfeli üzrə davamlı monitorinqin aparılması və müştəri davranışlarının təhlili;
  • Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;
  • Müştərinin maliyyə göstəricilərinin (DSCR, dövriyyə, debitor və kreditor borcları və s.) dövri əsasda yenilənməsi və təhlil edilməsi;
  • Müştərinin öhdəliklərini yerinə yetirməsinə nəzarət, gecikmələrin, restrukturizasiyaların və qeyri-standart halların təhlili;
  • Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsinə nəzarət və müvafiq hesabatların hazırlanması;
  • Problemli kreditlər üzrə ilkin diaqnostikanın aparılması və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;
  • Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinin qiymətləndirilməsi;
  • Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zərurət yarandıqda onların yenilənməsinə nəzarət;
  • Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər
  • Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Kreditlərin monitorinqi və ya maliyyə təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
  • Kredit portfeli üzrə risklərin idarə olunması və erkən xəbərdarlıq siqnallarının (EWS) təhlili üzrə biliklər;
  • Bank sektoru və Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədləri üzrə baza biliklər;
  • Sahə yoxlamalarında iştirak təcrübəsi və yerli bizneslərin fəaliyyət prinsipləri barədə biliklər üstünlükdür;
  • Analitik düşünmə, operativ qərarvermə və problem həll etmə bacarığı.
Vakansiya haqqında
Son tarix
September 24, 2026
Paylaşılıb
avqust 25, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

International BOKT
Manager · 3+ ilAğdaş
Maaş göstərilməyib

Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur

LeadershipTeam ManagementBusiness DevelopmentRisk Management+10
Müraciət etAsan müraciətAsan müraciət
Bir
MiddleBakı
Maaş göstərilməyib

KOS kreditlərin təhlili və borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi üzrə işləyir, maliyyə bilikləri tələb olunur.

Financial AnalysisBusiness AnalysisFinancial ReportingForecasting+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
KOS kredit monitorinqi üzrə aparıcı mütəxəssis
Müraciət et