Mikro və Aqro müştərilərə kredit məhsullarını izah edir və portfelin keyfiyyətinə nəzarət edir.
Vakansiya haqqında
ASEL KREDİT BOKT olaraq filiallarımız üçün Kredit Mütəxəssisi vəzifəsinə təcrübəli əməkdaşlar axtarırıq.
Namizədə tələblər:
- Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi;
- Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik;
- Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə;
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı;
- Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət;
- MS Office proqramlarından istifadə bacarığı;
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması;
- Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi;
- Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili;
- Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Kredit portfelinin idarə olunması və monitorinqi;
- Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət;
- Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak.
Əlavə üstünlük:
- Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq;
- Həmin ərazidə müştəri bazasının olması;
- Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək.
İş şəraiti
- İş yeri: Naxçıvan, Cəlilabad
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mikro kredit mütəxəssisi üzrə bazar adətən 550–1 300 ₼ ödəyir, median — 925 ₼.
56 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mikro kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
ASEL Kredit Bank olmayan kredit təşkilatı istehlak kreditləri, avtolizinq, qızıl-zinət əşyalarının girovu ilə kreditlər fəaliyyətini göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Naxçıvan və Cəlilabad filiallarıdır.
İş həftədə 6 gündür.
Əmək haqqı müsahibə əsasında və bonus/motivasiya sistemi ilə müəyyən edilir.
Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 1 il iş təcrübəsi tələb olunur.
CV göndərilməlidir, filialın adı qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMikro kredit mütəxəssisi üzrə Naxçıvanda digər açıq elanlar.
Mikrokreditlər üzrə müştərilərlə işləyir, bank məhsullarını təqdim edir və portfeli idarə edir
Lombard kreditlərinin təhlili və idarə olunması üzrə 2 il təcrübəli mütəxəssis axtarılır
Biznes kredit müraciətlərini təhlil edir və kredit portfelini idarə edir, satış bacarığı tələb olunur.




