Meyvələrin keyfiyyətini və soyuducu anbarın temperatur rejimini nəzarət edir, qida təhlükəsizliyi bilikləri tələb olunur.
Vakansiya haqqında
“Nardaran İnvest” MMC “Mühasib” vakansiyasını elan edir!
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
- Bank əməliyyatları üzrə müxabirləşmələri düzgün aparmaq və onların düzgünlüyünü yoxlamaq;
- Mühasibat uçotu sistemində ödənişlərlə bağlı məlumatların düzgün və vaxtında işlənilməsini təmin etmək;
- Pul vəsaitlərinin hərəkəti (Cash Flow) üzrə əməliyyatların düzgün təsnifatını təmin etmək və prosesin effektiv icrasında iştirak etmək;
- Mühasibat uçotunda əməliyyatların hesablar planına uyğun olaraq düzgün əks etdirilməsini təmin etmək;
- Ödəniş sənədlərinin və maliyyə məlumatlarının düzgünlüyünü yoxlamaq;
- Gündəlik maliyyə və mühasibat əməliyyatlarını vaxtında və dəqiq icra etmək;
- Maliyyə sənədlərinin düzgünlüyünü yoxlamaq, məlumatların sistemə vaxtında və düzgün daxil edilməsini təmin etmək;
- Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı şəkildə çalışaraq maliyyə məlumatlarını düzgün və vaxtında təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun maliyyə və ödəniş hesabatlarının hazırlanmasına dəstək olmaq;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarını yerinə yetirmək.
Namizədə dair tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
- ERP proqramları ilə işləmək bacarığı (mütləqdir);
- Ödənişlər üzrə mühasib və ya oxşar vəzifədə iş təcrübəsi;
- Bank əməliyyatları və ödəniş prosesləri üzrə yaxşı bilik;
- Cash Flow anlayışını və əməliyyatların bu istiqamətdə təsnifatı üzrə biliklər;
- Mühasibat uçotu və hesablar planını yaxşı səviyyədə bilmək;
- Rus dilini minimum orta səviyyədə bilmək;
- Analitik düşünmə, problemləri araşdırmaq və operativ həll etmək bacarığı;
- Diqqətli, məsuliyyətli, çevik və komandada işləmək bacarığı.
Üstünlük veriləcək:
- ERP sistemlərində iş təcrübəsi;
- Böyük həcmli ödəniş əməliyyatları ilə iş təcrübəsi;
- Maliyyə hesabatları və cash flow planlaşdırılması üzrə təcrübə.
İş barədə məlumat:
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze;
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Dillər
Russian
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
Nardaran İnvest
Real Estate · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Maliyyə və vergi uçotunu idarə edir, 1C proqramında peşəkar işləmə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Beynəlxalq daşımaların koordinasiyasını və gömrük proseslərini idarə etmək üçün logistika üzrə mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Malların sayımı və audit hesabatlarının hazırlanması üzrə işləri aparır, analitik düşünmə tələb olunur.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 



