Vakansiya haqqında

Şirkət haqqında

Natural Halı — Azərbaycanda tanınan xalça brendlərindən biridir. Geniş məhsul çeşidimizlə həm fiziki mağaza, həm də sosial media üzərindən fəal satış həyata keçiririk. Bizim üçün kontent yalnız estetik vizual deyil, birbaşa satış alətidir — hər çəkiliş və hər paylaşım nəticədə satışı artırmağa xidmət etməlidir.

Vəzifənin mahiyyəti

Çəkilişdən paylaşıma qədər bütün prosesi təkbaşına idarə edəcək, satış yönümlü düşünən Mobiloqraf / Kontent mütəxəssisi axtarırıq. Bizə sadəcə "gözəl görüntü" yox, izləyicini müştəriyə çevirən kontent — güclü ideyalar, satışa təhrik edən çağırışlar (CTA) və nəticəni ölçmək bacarığı lazımdır.

Əsas vəzifə öhdəlikləri

  • Satış yönümlü vizual kontent: Məhsulun üstünlüklərini, ölçüsünü, keyfiyyətini və interyerdə necə durduğunu aydın göstərən foto və videoların mobil telefonla çəkilməsi.
  • İdeya və ssenari: Satışı artıracaq kontent konseptlərinin ("Bu məhsul niyə alınmalıdır?" məntiqli Reels/Story ssenariləri, kampaniya və yeni kolleksiya təqdimatları) hazırlanması.
  • Kopyraytinq və Postinq: Güclü başlıq, vurğulayıcı təsvir və satışa yönəldən aydın çağırışlar (CTA: "Sifariş üçün yazın", "Linkə keçin" və s.) ilə postların hazırlanması və paylaşılması.
  • Mobil Montaj: Çəkilmiş materialların mobil proqramlarda (CapCut, Lightroom Mobile və s.) dinamik və izləyicini saxlayan tempdə redaktə olunması.
  • Kontent Planlama: Həftəlik və aylıq kontent planının satış hədəflərinə (mövsüm, endirim, yeni kolleksiya) uyğun tərtib edilməsi.
  • Social Proof (Sosial Sübut): Müştəri sifarişləri, çatdırılma prosesi və razı qalan müştəri rəylərinin çəkilib operativ paylaşılması.
  • Analitika və Optimizasiya: Reaksiya, şərh, mesaj və satışa çevrilmə (conversion) göstəricilərinin izlənməsi, hansı formatın daha çox satış gətirdiyinin təhlil olunması və strategiyanın buna uyğun tənzimlənməsi.
  • Rəqib və Trend Təhlili: Sosial meydiada yalnız çox bəyənilən deyil, məhz satan formatların araşdırılması və tətbiqi.

Tələblər

  • Mobil telefonla foto/video çəkiliş üzrə sübut olunmuş təcrübə (Portfolio mütləqdir).
  • Kontentin satışa təsirini anlayan, nəticə yönümlü düşüncə tərzi.
  • CapCut, InShot, Lightroom Mobile və ya bənzər mobil redaktə proqramlarında sərbəst işləmək bacarığı.
  • Sosial media alqoritmləri, trend formatlar və satış hunisi (sales funnel) haqqında güncəl biliklər.
  • Kreativ düşüncə — hazır şablonları təkrarlamaq yox, işləyən yeni formatlar təklif etmək qabiliyyəti.
  • Çəkilişdən paylaşıma qədər olan bütün prosesi müstəqil idarə etmə bacarığı.
  • Arzuolunandır: Pərakəndə satış (retail), e-ticarət və ya ev tekstili/interyer sahəsində satış yönümlü kontent təcrübəsi.

Müraciət qaydası

Əməkhaqqı: 600 AZN maaş + 260 AZN yemək pulu + Performansa əsasən bonus

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 avqust 2026
Son tarix
28 sentyabr 2026

Şirkət haqqında

Natural Halı
Carpet store · Baku
Natural Halı — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Şirkətin sosial şəbəkələrini idarə edir və inkişaf etdirir, SMM təcrübəsi tələb olunur.

Social Media MarketingContent PlanningMeta AdsCanva+7
Müraciət etAsan müraciətAsan müraciət
700

Instagram və TikTok üçün kreativ kontent hazırlayan və sosial media hesablarını idarə edən mütəxəssis.

Content CreationContent PlanningTrend AnalysisCreative Thinking+8
Müraciət etAsan müraciətAsan müraciət
600–800

Sosial media üçün kreativ kontent planı hazırlayır və Meta Ads reklamlarını idarə edir.

Social Media MarketingContent PlanningMeta AdsTrend Analysis+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Kontent yaradıcısı - mobiloqraf
Müraciət et