B2B satış və rəqəmsal marketinq strategiyalarını hazırlayıb həyata keçirmək üçün 3-5 il təcrübə tələb olunur
Vakansiya haqqında
JBM Medical Marketing Agency-dən vakansiya: Marketing Agentliyi Meneceri tələb olunur
Vəzifə öhdəlikləri:
- Agentliyin gündəlik iş proseslərinin koordinasiyası və nəzarəti;
- Müştərilərlə — əsasən həkimlər və tibb müəssisələri ilə — gündəlik kommunikasiya;
- Müştərilərdən gələn tapşırıq, düzəliş və istəklərin düzgün şəkildə komandaya ötürülməsi;
- Dizayner, montajçı, SMM mütəxəssisi, kontent və digər komanda üzvlərinə tapşırıqların verilməsi və icrasına nəzarət;
- Task-manager sistemində bütün aktiv layihə və tapşırıqların düzgün qeydiyyatı və izlənilməsi;
- Deadline-ların nəzarətdə saxlanılması və gecikmələrin qarşısının vaxtında alınması;
- Bir neçə müştəri və layihənin paralel şəkildə idarə olunması;
- Kontent-plan üzrə post, Reels, Story və digər materialların vaxtında hazırlanmasına və paylaşılmasına nəzarət;
- Hazır materialların yoxlanılması, müştəriyə göndərilməsi və təsdiq prosesinin idarə olunması;
- Sosial media səhifələrində post və digər kontentin paylaşılması;
- Çəkilişlərin təşkili və hazırlıq prosesinin koordinasiyası;
- Müştəri narazılığı, təcili dəyişiklik və gecikmə kimi situasiyalarda operativ həll tapmaq;
- Rəhbərliyə layihələrin cari vəziyyəti haqqında sistemli məlumat vermək.
Namizədlərə tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Marketinq, SMM, reklam agentliyi, project management və ya account management sahəsində iş təcrübəsi;
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 22-40 yaşında Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Sosial media və rəqəmsal marketinq proseslərini yaxşı anlamaq;
- Kontent-plan, Reels, Story, post, dizayn, video montaj və reklam prosesləri haqqında praktik anlayış;
- Güclü təşkilatçılıq və prioritetləndirmə bacarığı;
- Eyni anda bir neçə layihə və deadline idarə edə bilmək;
- Komanda üzvlərinin işini izləmək və nəticə tələb etmək bacarığı;
- Müştəri ilə peşəkar və nəzakətli kommunikasiya qurmaq;
- Problem yarandıqda rəhbərin göstərişini gözləmədən operativ həll yolu düşünmək;
- Task-manager proqramları ilə işləmək bacarığı üstünlükdür: Trello, ClickUp, Asana, Notion və s.;
- Azərbaycan dili — sərbəst;
- Rus dili — yaxşı səviyyədə olması üstünlükdür;
- İngilis dili — üstünlükdür;
- Məsuliyyətlilik, diqqətlilik, dəqiqlik və yüksək kommunikasiya bacarığı.
Üstünlük veriləcək namizədlər:
- Reklam və ya marketinq agentliyində iş təcrübəsi olan;
- Müştəri hesabları və layihələr idarə etmiş;
- Komanda və freelancerlərlə işləyib onların deadline-larını nəzarətdə saxlamış;
- SMM və digital marketing sahəsində praktiki təcrübəsi olan;
- Tibbi marketinq və ya səhiyyə sahəsində təcrübəsi olan namizədlər
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 manat təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
29 açıq vakansiya, 63 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dəkdir, həftədə 5 gün işlənir.
Əmək haqqı 800 ₼ təşkil edir.
22-40 yaş arası namizədlərə üstünlük verilir, lakin bu məcburi deyil.
Marketinq, SMM, reklam agentliyi, layihə idarəetməsi və ya hesab idarəçiliyi sahəsində təcrübə tələb olunur.
CV-ni qeyd olunmuş e-mail ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə digər açıq elanlar.
Klinikanın marketinq strategiyasını hazırlayıb icra edir, minimum 3 il təcrübə tələb olunur
Hotelin marketinq strategiyasını hazırlayır və qrafik dizayn bacarıqları ilə sosial media idarə edir.
Marketinq kampaniyalarını planlayır, koordinasiya edir və güclü marketinq strategiyası biliklərinə malikdir.





