Məhsul meneceri – rəqəmsal stomatoloji avadanlıqlar

Adentta MMC

Vakansiya haqqında

Vəzifə haqqında

  • Product Manager rəqəmsal stomatoloji avadanlıqların, xüsusilə Panda Scanner intraoral skanerlərinin Azərbaycan bazarında inkişafı, texniki dəstəyi və məhsul təqdimatlarına cavabdeh olacaq.
  • Vəzifə texniki biliklər, məhsul ekspertizası və satış komandasına dəstək funksiyalarını birləşdirir.
  • Stomatologiya sahəsində əvvəlki iş təcrübəsi mütləq deyil. Məhsullar və rəqəmsal iş prosesləri üzrə zəruri təlimlər şirkət və istehsalçı tərəfindən təmin ediləcək.

Vəzifə öhdəlikləri

  • Rəqəmsal stomatoloji avadanlıqların klinikalarda quraşdırılması və istifadəyə verilməsi;
  • Avadanlıq və proqram təminatı ilə bağlı texniki problemlərin müəyyən edilməsi və həlli;
  • Müştərilərə texniki dəstəyin göstərilməsi və proqram yeniləmələrinin idarə olunması;
  • Zəmanət və servis müraciətlərinin istehsalçı ilə koordinasiyası;
  • Satış komandası ilə birlikdə həkimlər və klinikalarla görüşlərin keçirilməsi;
  • Məhsulların nümayişi və təqdimatlarının təşkili;
  • Müştəri rəylərinin və bazardan daxil olan geri bildirişlərin istehsalçıya ötürülməsi;
  • Satış komandası və müştərilər üçün məhsul təlimlərinin keçirilməsi;
  • Sərgi, konfrans və digər peşəkar tədbirlərdə məhsulların təqdim edilməsi;
  • İstehsalçının təşkil etdiyi beynəlxalq təlimlərdə iştirak.

Namizədə tələblər

  • Biotibbi mühəndislik, tibbi texnika, elektronika və ya oxşar texniki ixtisas üzrə ali təhsil;
  • İngilis dilini sərbəst səviyyədə bilmək (yazılı və şifahi) – mütləqdir;
  • Kompüter, texniki avadanlıqlar və proqram təminatı üzrə güclü biliklər;
  • Texniki məlumatları sadə və anlaşılan formada izah etmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Müştərilərlə işləmək və problemləri operativ həll etmək bacarığı;
  • Öyrənməyə açıqlıq, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Ölkədaxili və xarici ezamiyyətlərə hazır olmaq.

İş şəraiti və təkliflərimiz

  • 1000 AZN sabit əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
  • Şirkət və beynəlxalq istehsalçılar tərəfindən peşəkar təlimlər;
  • Rəqəmsal stomatologiya kimi sürətlə inkişaf edən sahədə karyera və peşəkar inkişaf imkanları;
  • Müasir ofis şəraiti və peşəkar komanda mühiti;
  • Beynəlxalq brendlər və innovativ texnologiyalarla işləmək imkanı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Absheron
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000 ₼
Yerləşdirilib
4 noyabr 2026
Dillər
English
Son tarix
4 dekabr 2026
Baxış
12

Maaş bazarla müqayisədə

Məhsul meneceri üzrə bazar adətən 800–2 000 ₼ ödəyir, median — 950 ₼.

bu vakansiya · 1 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

12 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Məhsul meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Adentta MMC
Hospitals and Health Care · 51-200 · Bakı
Adentta MMC — bütün vakansiyalar

Dental Supplier | ”ADENTTA” şirkəti 2019-cu ildə Azərbaycan respublikası Bakı şəhərində öz fəaliyyətinə başlamışdır. Yarandığımız gündən bəri, ümümi stomatologiya, xüsusilə də implantologiyada keyfiyyətli və innovativ məhsulların idxalı və…

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul meneceri üzrə Bakıda digər açıq elanlar.

MUK Computers
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Netapp həllərinin tətbiqi və satışını idarə etmək üçün texniki təhsilli, 3+ il təcrübəli məhsul meneceri.

Report PreparationResponsibilityProduct managementVendor Relationship Management+5
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
1 000 ₼
Məhsul meneceri – rəqəmsal stomatoloji avadanlıqlar
Müraciət et