Rəqəmsal transformasiya və biznes proseslərin təhlilini aparır, ən azı 3-5 il təcrübəsi var.
Vakansiya haqqında
Sürətlə böyüyən Payonix komandamıza, rəqəmsal maliyyə və kredit məhsullarımızın inkişafına rəhbərlik edəcək, müştəri ehtiyaclarını biznes məqsədləri ilə uğurla birləşdirə biləcək təşəbbüskar və nəticəyönümlü Product Owner ( axtarırıq.
Vəzifə öhdəlikləri:
- App (mobil tətbiq) üzərindən kreditin verilməsi prosesini uçdan-uca dəstəkləmək və prosesin fasiləsiz işləməsini təmin etmək;
- Müraciətdən kreditin təsdiqinə və vəsaitin köçürülməsinə qədər olan mərhələləri xəritələşdirmək və çətinlikləri müəyyənləşdirmək;
- MKR və digər kredit məlumat mənbələrindən istifadə etməklə müştəriyə uyğun kredit təkliflərinin formalaşdırılmasına dəstək vermək;
- Kredit məhsulunun App daxilində istifadəçi təcrübəsini davamlı təhlil edərək konversiyanın artırılması üzrə təkliflər hazırlamaq;
- Aktivliyini itirmiş müştəri seqmentlərini (churn) müəyyənləşdirmək və davranışa görə qruplaşdırmaq;
- Churn səbəblərini dərinləşdirilmiş təhlil əsasında araşdırmaq və məhsul səviyyəsində həll yolları təklif etmək;
- Geri qazanma (win-back) məqsədilə hədəflənmiş kampaniyalar hazırlamaq və marketinq/CRM komandaları ilə əlaqələndirmək;
- Credit scoring modelinin davamlı təkmilləşdirilməsi məqsədilə risk və data komandaları ilə əməkdaşlıq etmək;
- Scoring meyarlarına dair biznes tələblərini formalaşdırmaq və modelin performansını izləmək;
- Müştəri ehtiyaclarını, davranış modellərini və pain point-ləri data analitikası və istifadəçi tədqiqatları vasitəsilə araşdırmaq;
- Product Backlog-u formalaşdırmaq, davamlı yeniləmək və biznes dəyərinə görə prioritetləşdirmək;
- İstifadəçi hekayələrini və qəbul meyarlarını hazırlamaq, komandalarla tələbləri dəqiqləşdirmək;
- Yeni məhsul və funksionallıqlar üzrə Product Discovery aparmaq;
- Data əsasında məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək;
- Kredit məhsulunun biznes nəticələrini mütəmadi olaraq rəhbərliyə təqdim etmək;
Tələblər:
- BOKT, bank, fintech və ya kredit məhsulları sahəsində iş təcrübəsi;
- Kredit məhsullarının iş prinsipləri haqqında yaxşı anlayış;
- Credit scoring, underwriting və kredit qərarvermə prosesləri haqqında praktiki anlayış;
- Product Backlog idarəetməsi və Agile/Scrum metodologiyaları üzrə təcrübə;
- Güclü analitik düşüncə və problem-solving bacarığı;
- Komanda daxilində və çarpaz-funksional komandalarla effektiv əməkdaşlıq bacarığı.
İş şəraiti:
- İş rejimi: tam iş günü;
- İstirahət günləri: Şənbə, Bazar;
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence
- Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək.
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026
Son tarix
1 oktyabr 2026
Şirkət haqqında
Payonix
Financial Services · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
SAP maliyyə modullarının tətbiqi və dəstəyi üzrə işləyir, ən azı 2 il təcrübə tələb olunur
Maaş göstərilməyib
Rəqəmsal məhsulların idarə olunması və inkişafı üzrə 3 il təcrübəsi olan məhsul sahibi.
Maaş göstərilməyib
Logistika əməliyyatlarını idarə edir və Excel, SQL Server, Power BI bilikləri tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət




