Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşması üzrə məhsul sahibi

“Rabitə Bank” ASC

Vakansiya haqqında

Təsvir

  • Mobil Bankçılıq tətbiqində Common Payments və Transfers istiqamətləri üzrə məhsulların inkişafı, təkmilləşdirilməsi və idarə edilməsini təmin etmək.
  • Ödəniş və köçürmə xidmətləri üzrə biznes tələblərini formalaşdırmaq, yeni funksionallıqların hazırlanmasını və tətbiqini koordinasiya etmək.
  • Ödəniş və köçürmə sistemləri ilə bağlı yeni layihələrin, inteqrasiyaların və mövcud həllərin təkmilləşdirilməsi üzrə təşəbbüsləri idarə etmək.
  • Daxili və xarici sistemlərlə, prosessinq mərkəzləri, ödəniş provayderləri və digər tərəfdaşlarla inteqrasiya proseslərini koordinasiya etmək.
  • Biznes, İT, əməliyyat, risk, informasiya təhlükəsizliyi və digər aidiyyəti komandalarla əməkdaşlıq edərək layihələrin vaxtında və keyfiyyətlə icrasını təmin etmək.
  • Ödəniş və köçürmə ssenariləri üzrə biznes proseslərini, istifadəçi səyahətini (Customer Journey) və müştəri təcrübəsini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.
  • Yeni xidmətlər və funksionallıqlar üzrə biznes tələblərini, texniki tapşırıqları və istifadəçi hekayələrini (User Stories) hazırlamaq.
  • İnkişaf etdirilən funksionallıqların test edilməsini, UAT prosesini və məhsulların istehsalat mühitinə (Production) çıxarılmasını koordinasiya etmək.
  • Ödəniş və köçürmə əməliyyatları üzrə uğurluluq göstəricilərini, imtina səbəblərini, xətaları və müştəri müraciətlərini təhlil etmək, müvafiq həllərin hazırlanmasını təmin etmək.
  • Məhsullar üzrə KPI-ları müəyyənləşdirmək, performans göstəricilərini izləmək və mütəmadi hesabatlar hazırlamaq.
  • Bazar tendensiyalarını, rəqib bankların təkliflərini və ödəniş sahəsindəki yeni texnoloji həlləri araşdırmaq, məhsulun inkişafı üçün təkliflər vermək.
  • Ödəniş və köçürmə xidmətləri üzrə daxili prosedurlara, tənzimləyici tələblərə, risklərin idarə edilməsi və informasiya təhlükəsizliyi prinsiplərinə riayət olunmasını aidiyyəti komandalarla koordinasiya etmək.

Tələblər

  • Bank, fintech və ya ödəniş xidmətləri sahəsində minimum 2–3 il iş təcrübəsi.
  • Mobil bankçılıq, rəqəmsal ödənişlər və pul köçürmələri sahəsində bilik və təcrübə.
  • Məhsul idarəetməsi, biznes analitikası və ya İT layihələrinin idarə edilməsi üzrə təcrübə.
  • Ödəniş sistemləri, bank sistemləri və xarici platformalarla inteqrasiya prinsipləri barədə anlayış.
  • API inteqrasiyaları, REST API, JSON və sistemlərarası məlumat mübadiləsi prinsipləri barədə baza bilikləri.
  • Biznes tələblərinin, texniki tapşırıqların və User Stories sənədlərinin hazırlanması bacarığı.
  • Test ssenarilərinin hazırlanması, UAT və yeni funksionallıqların tətbiqi prosesləri üzrə anlayış.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Füzuli küç. 71, Nəsimi district
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 oktyabr 2026
Son tarix
23 noyabr 2026
Baxış
24

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Məhsul sahibi üzrə bazar adətən 1 680–4 000 ₼ ödəyir, median — 2 300 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

14 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Məhsul sahibi kimi öz maaşını yoxla

Şirkət haqqında

“Rabitə Bank” ASC
Banking · 1,001-5,000 · Bakı
“Rabitə Bank” ASC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Məhsul sahibi üzrə Bakıda digər açıq elanlar.

Sabah Hub
Mütəxəssis · 1–3 ilBakı
Maaş göstərilməyib

Fintech məhsullarının inkişafını dəstəkləyir, güclü analitik və məhsul idarəetmə bacarıqları tələb olunur

Market ResearchBusiness AnalysisFinancial ModelingKPI Tracking+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşması üzrə məhsul sahibi
Müraciət et