Beton prekast istehsalatında planlama, hesabat və keyfiyyətə nəzarət işlərini aparır.
Vakansiya haqqında
İşin təsviri
- BI Group şirkətində həyata keçirilən tikinti layihələri üzrə topoqrafik, geodezik və xəritələndirmə işlərinin aparılması, ölçmə nəticələrinin emalı və layihə tələblərinə uyğunluğunun təmin edilməsi üçün *Xəritə Mühəndisi* axtarılır.
Vəzifə öhdəlikləri
- Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər və çöl nəzarət cədvəllərinin hazırlanması;
- Geodeziya və mühəndislik avadanlıqlarından istifadə etməklə layihənin icrası üçün zəruri nöqtələrin müəyyən edilməsi;
- Nivelir, teodolit, Total Station və GPS/GNSS avadanlıqlarından istifadə etməklə ölçmə işlərinin aparılması;
- Əsas nöqtələrin koordinatlarının, sərhədlərinin və yüksəkliklərinin müəyyən edilməsi;
- Topoqrafik çəkilişlərin aparılması və ölçmə nəticələrinin qeydiyyata alınması;
- Topoqrafik və geodezik məlumatların emalı və təhlili;
- Layihə çertyojlarının ərazi üzrə düzgün tətbiqinə nəzarət;
- Tikinti işlərinin layihə koordinatlarına və yüksəkliklərinə uyğunluğunun yoxlanılması;
- Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması;
- Geodeziya aktlarının və digər texniki sənədlərin hazırlanması;
- Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanması;
- Ölçmə və geodezik işlər üzrə hesabatların hazırlanması;
- Xəritə və CİS məlumatlarının yenilənməsi;
- Layihə üzrə mühəndis və texniki heyətlə koordinasiyalı fəaliyyət göstərilməsi.
Vəzifə tələbləri
- Geodeziya, Kartoqrafiya, Xəritəçilik, Coğrafiya, Geomatika və ya uyğun ixtisas üzrə ali təhsil;
- Xəritə mühəndisi/geodeziya mühəndisi kimi minimum 5 il iş təcrübəsi;
- CİS (GIS) sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti layihələrində geodeziya və topoqrafiya işləri üzrə praktiki təcrübə;
- AutoCAD, Civil 3D, Netcad və digər müvafiq proqramlarda işləmə bacarığı;
- ArcGIS, QGIS, ERDAS və digər CİS texnologiyaları üzrə bilik;
- Total Station, Nivelir, Teodolit və GPS/GNSS avadanlıqları ilə işləmə bacarığı;
- Topoqrafik təhvil-təslim və yoxlanış sənədlərinin hazırlanması üzrə təcrübə;
- Geodeziya aktlarının hazırlanmasını bilməli;
- Tikinti-quraşdırma işlərinin və material həcmlərinin hesablanmasını bacarmalı;
- Koordinat sistemləri, proyeksiya, datum, geoid və məkan məlumatları üzrə biliklər;
- Texniki sənədləri və tikinti layihələrini oxuma bacarığı;
- MS Office proqramlarında işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.
Üstünlük hesab olunur
- Böyük tikinti və infrastruktur layihələrində iş təcrübəsi;
- Civil 3D və Netcad proqramlarında yüksək səviyyədə praktiki bilik;
- GNSS/RTK ölçmələri üzrə təcrübə;
- CİS məlumat bazalarının yaradılması və idarə edilməsi üzrə təcrübə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
25 avqust 2026
Son tarix
25 sentyabr 2026
Şirkət haqqında
BI Qafqaz MTK
Lodging · Bakı
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Elektrik təchizatı və işıqlandırma layihələrini hazırlamaq üçün mühəndislik bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 000–1 500₼
Su və kanalizasiya sistemlərinin layihələndirilməsi və sənədləşdirilməsi üzrə mühəndis axtarılır, AutoCAD bilikləri tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Avadanlıqların nasazlıqlarını analiz edir, təmir proseslərini koordinasiya edir və texniki sənədlərlə işləyir.
Müraciət etAsan müraciətAsan müraciət


