Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və müştəri portfelinin genişləndirilməsi;
  • Müştərilərdən daxil olan sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət, mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
  • Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi;
  • Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və razılaşdırılmış şərtlərin icrasının izlənilməsi;
  • Satış və tender sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların hazırlanması.

Namizədə tələblər

  • Cinsi: Bəy namizəd
  • Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab olunur;
  • Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən nəticələr;
  • B2B satış prosesini potensial müştərinin müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək bacarığı;
  • 1C proqramını yüksək səviyyədə bilmək;
  • Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq, kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
  • Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri barədə dəqiq hesabat təqdim etmək bacarığı;
  • Yüksək iş tempi və paralel sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş keyfiyyətini qorumaq bacarığı;
  • Analitik düşüncə, kommersiya yönümlü yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək;
  • Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: Tam iş günü, 5/2
  • Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə olaraq mənfəətə bağlı bonus (2000 AZN).

CV-nizi və portfolionuzu Korporativ satış üzrə meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700 ₼
Yerləşdirilib
17 noyabr 2026
Dillər
Russian, English
Son tarix
17 dekabr 2026
Baxış
24

Maaş bazarla müqayisədə

Korporativ satış meneceri üzrə bazar adətən 650–1 100 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 700 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

31 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Korporativ satış meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Melissa Group
Construction company · Bakı
Melissa Group — bütün vakansiyalar

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəridir.

Tam iş günü, həftədə 5 gün işləmək tələb olunur.

700 ₼ net sabit maaş və mənfəətə bağlı bonus təklif olunur.

Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

1C proqramını yüksək səviyyədə bilmək tələb olunur.

CV və portfolio göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Korporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.

Rocco Group MMC
Mütəxəssis · 1–3 ilBakı
700–1 300₼

Korporativ satış proseslərini idarə edir və minimum 1 il təcrübə tələb olunur

Corporate SalesClient Relationship ManagementNegotiationCustomer Needs Analysis+9
Müraciət et
Aku dünyası MMC
Mütəxəssis · 3+ ilBakı
500–800₼

Korporativ müştərilərlə işləyir, satış və danışıqlar aparmaq üçün B2B satış təcrübəsi tələb olunur.

B2B SalesCorporate SalesSales negotiationContract Negotiation+15
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Neoline Technology
Mütəxəssis · 2+ ilBakı
1 000₼

IT və təhlükəsizlik sistemləri üzrə korporativ satışları həyata keçirmək üçün minimum 2 il təcrübə tələb olunur

B2B SalesCorporate SalesCold CallingCustomer Relationship Management+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
700 ₼
Korporativ satış üzrə menecer
Müraciət et