Korporativ müştərilərlə satış prosesini idarə edir və bazar analizini aparır.
Vakansiya haqqında
B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi
İş yeri: Bakı
İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 29 oktyabr 2026
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.
Biz nə təklif edirik?
- Peşəkar və inkişafyönümlü iş mühiti;
- Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;
- Karyera və peşəkar inkişaf imkanları;
- Dinamik və peşəkar komanda mühiti.
Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.
Vakansiyanın tələblərinə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi qeyd olunan əlaqə vasitəsinə göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Vəzifə öhdəlikləri
- Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
- Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;
- Satış və müqavilə danışıqlarının aparılması;
- Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;
- Satış planlarının və KPI-ların icrası;
- Sifariş və satış sonrası proseslərin izlənilməsi;
- Bazar və rəqib analizlərinin aparılması;
- CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.
Tələblər
- Minimum 3 il B2B/korporativ satış təcrübəsi;
- Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;
- Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;
- MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;
- Analitik düşüncə, planlama və nəticəyönümlülük;
- Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət;
- İngilis dili və ali təhsil üstünlükdür;
- Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ satış meneceri üzrə bazar adətən 650–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
30 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ satış meneceri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bazar ertəsindən şənbəyə, 09:00–18:00, şənbə günü qısa iş günü.
Əməkhaqqı 500–800 ₼ arasıdır, bonus sistemi mövcuddur.
Minimum 3 il B2B/korporativ satış təcrübəsi tələb olunur.
CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ satış meneceri üzrə Bakıda digər açıq elanlar.
Korporativ satış proseslərini idarə edir və minimum 1 il təcrübə tələb olunur
Korporativ müştərilərlə işləyir, satış aparır və ən azı 1 il təcrübə tələb olunur
IT və təhlükəsizlik sistemləri üzrə korporativ satışları həyata keçirmək üçün minimum 2 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




