Vakansiya haqqında

İş şəraiti

  • Şəhər: Bakı
  • İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
  • Əmək haqqı: Razılaşma əsasında

Vəzifə öhdəlikləri:

Müştəri əlaqələri və satış

  • Fərq müqavilələri (CFD) üzrə marja ticarəti xidmətlərinin və maliyyə alətlərinin (valyuta cütlükləri, indekslər, əmtəələr, qızıl/neft, səhmlər) aktiv satışı və təşviqi;
  • Potensial müştərilərə, mövcud treyderlərə və demo hesab açmış istifadəçilərə zənglərin edilməsi, marja ticarətinin şərtləri, kredit çiyni mexanizmi (leverage), spred və komissiyalar haqqında telefon və fərdi görüşlər vasitəsilə ətraflı məlumatın təqdim edilməsi;
  • Müştərilərlə davamlı əlaqənin qurulması və müştəri müraciətlərinə operativ cavab və dəstəyin göstərilməsi.

Əməliyyat və texniki dəstək

  • Ticarət platformasının (MT4) istifadəsi, hesabların açılması və onboarding prosesinin həyata keçirilməsi;
  • Mədaxil/məxaric əməliyyatları ilə bağlı müştəri müraciətlərinə operativ cavab və dəstəyin göstərilməsi.

Hesabatlıq

  • Görülmüş zənglər, keçirilmiş görüşlər və satış dinamikası üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment və ya Biznesin idarə edilməsi sahələri üzrə olması üstünlükdür);
  • Satış, müştəri xidmətləri və ya maliyyə/investisiya (CFD/Forex, bank) sahəsində iş təcrübəsi;
  • Səlis nitq, telefon vasitəsilə aktiv satış aparmaq və müştəri bazası ilə intizamlı işləmək bacarığı;
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq və təqdimat aparmaq bacarığı;
  • Marja ticarəti (spred, kredit çiyni, marja tələbləri) üzrə anlayış;
  • Qlobal maliyyə bazarlarındakı xəbərləri və qiymət dinamikasını izləmək.
  • MS Excel və MS PowerPoint ilə yaxşı işləmək bacarığı;
  • Azərbaycan/rus dilini səlis, ingilis dili arzuolunandır.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Müştəri təcrübələri üzrə mütəxəssis (Forex üzrə)” vəzifəsini qeyd etməyi unutmayın.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 sentyabr 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
17 oktyabr 2026

Şirkət haqqında

ABB-İnvest İnvestisiya Şirkəti QSC
Maliyyə və sığorta fəaliyyəti, Kapital bazarları · Baku

ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir.

ABB-İnvest İnvestisiya Şirkəti QSC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Müştəri təcrübələri üzrə mütəxəssis (Forex)
Müraciət et