Şirkətin məhsullarını satır, müştərilərlə aktiv ünsiyyət qurur və satış planlarını icra edir.
Vakansiya haqqında
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi
- İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü)
- Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı)
İşin Təsviri:
- Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır.
Əsas Öhdəliklər:
- Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək;
- Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək;
- Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək;
- Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək.
Namizədə dair tələblər:
- Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür);
- Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri;
- Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək).
Biz nə təklif edirik?
- Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir;
- Yüksək satış performansı üçün cəlbedici bonus sistemi;
- Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Satış Konsultantı" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
20 sentyabr 2026
Şirkət haqqında
S&Ko Student
Education · Baku
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
800–1 500₼
Müraciət etAsan müraciətAsan müraciət
600₼
Məhsulları satmaq və müştərilərə düzgün məlumat vermək üçün yaxşı ünsiyyət bacarığı tələb olunur
TeamworkProduct KnowledgeSalesCustomer Communication
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Müştərilərə məhsullar üzrə peşəkar satış məsləhəti verir və satışları həyata keçirir.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib7 gün qalıb
Telefonla məhsul və xidmətlərin satışını həyata keçirir, yüksək kommunikasiya bacarığı tələb olunur.




