Vakansiya haqqında

Heselo — Satış tərəfdaşı

Heselo oyun klubları, bilyard zalları, karaoke və lounge məkanları, eləcə də antikafelər üçün rezervasiya və məkan idarəetməsini bir platformada birləşdirən onlayn sistemdir.

Hazırda Heselo-nu potensial müştərilərə təqdim edəcək və yeni bizneslərin platformaya qoşulmasına kömək edəcək Satış tərəfdaşı axtarırıq.

Bu, komissiya əsaslı əməkdaşlıqdır. Sabit maaş nəzərdə tutulmur. Uğurlu satış baş verdikdə paketə uyğun olaraq 40–50% komissiya ödənilir.

Əsas məsuliyyətlər

  • Heselo üçün potensial müştərilər tapmaq
  • Potensial müştərilərlə əlaqə yaratmaq və Heselo-nu təqdim etmək
  • Müştərinin ehtiyaclarını anlamaq və Heselo-nun uyğun imkanlarını göstərmək
  • Satış prosesini maraqdan razılaşmaya qədər davam etdirmək
  • Yeni müştərinin Heselo-ya qoşulmasına kömək etmək

Biz sizdən böyük satış komandası qurmağı və ya sərt gündəlik satış hədəflərini yerinə yetirməyi gözləmirik. Əsas məqsəd uyğun biznesləri tapmaq, Heselo-nu düzgün təqdim etmək və real satış yaratmaqdır.

Komissiya modeli

  • Uğurlu satışdan 40–50% komissiya
  • Komissiya birdəfəlik ödənilir
  • Satış olmadıqda ödəniş edilmir
  • Sabit maaş nəzərdə tutulmur
  • Müştərinin sonrakı yenilənməsinə görə əlavə komissiya nəzərdə tutulmur

Namizədə gözləntilər

  • İnsanlarla rahat və peşəkar ünsiyyət qura bilmək
  • Satış və təqdimat bacarığı
  • Təşəbbüskar və nəticəyönümlü olmaq
  • Yeni potensial müştərilər tapmaq və onlarla əlaqə yaratmaq
  • Məhsulu öyrənib sadə və aydın şəkildə təqdim edə bilmək

Satış təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil. Əsas olan ünsiyyət qurmaq, məhsulu başa düşmək və onun müştəri üçün faydasını göstərə bilməkdir.

Biz nə təqdim edirik?

  • 40–50% komissiya
  • Çevik əməkdaşlıq formatı
  • Hazır və işlək məhsul
  • Məhsul haqqında təqdimat və satış materialları
  • Heselo komandası tərəfindən lazımi dəstək
  • Nəticəyə əsaslanan gəlir imkanı

Əgər insanlarla ünsiyyəti sevirsinizsə, satış bacarığınıza güvənirsinizsə və nəticəyə əsaslanan əməkdaşlıq modeli sizin üçün uyğundursa, Heselo ilə birlikdə işləmək üçün müraciət edə bilərsiniz.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Son tarix
11 dekabr 2026
Baxış
171

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 548–1 000 ₼ ödəyir, median — 700 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

183 açıq vakansiya, 157 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Satış təmsilçisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Heselo
Software Development · 1 employee · Baku
Heselo — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Əmək haqqı sabit deyil, satışdan 40–50% komissiya ödənilir.

Çevik əməkdaşlıq formatı mövcuddur, sərt iş saatları yoxdur.

Satış təcrübəsi üstünlükdür, lakin mütləq tələb deyil.

Müraciət üçün xüsusi sənəd və ya mövzu tələb olunmur, sadəcə müraciət edə bilərsiniz. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Satış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.

DOĞTAŞ MMC
1–3 ilBakı
800–1 200₼

Müştərilərin ehtiyaclarını müəyyənləşdirib satış prosesini idarə etmək üçün 1-3 il təcrübə tələb olunur

Order ManagementPresentation SkillsSales ProcessCustomer Needs Analysis+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
500–700₼

Ağıllı ev və təhlükəsizlik sistemləri üzrə satış həyata keçirir, texniki bilik tələb olunur

Customer Relationship ManagementResponsibilitySalesCustomer Needs Analysis+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Macromed Group
Yeni başlayanBakı
800–1 500₼

Tibbi malların satışını təşkil edir və müştəri ehtiyaclarını analiz etməyi bacarmalıdır.

Report PreparationSales OrganizationCustomer Needs AnalysisProduct Knowledge+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
nemesisbaku
Yeni başlayanBakı
500₼

Müştərilərə sneaker məhsulları təqdim edir və satış prosesini həyata keçirir, ünsiyyət bacarığı tələb olunur

TeamworkPresentation SkillsCustomer ServiceSales Process+2
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
B2B satış tərəfdaşı
Müraciət et