Ofisə gələn ziyarətçiləri qarşılayır, yazışmaları qeyd edir və Microsoft Office bacarığı tələb olunur
Vakansiya bağlanıb
Bu elan artıq aktiv deyil. Aşağıda Satış üzrə mütəxəssis üzrə açıq vakansiyalar var — siyahı hər gün yenilənir.
Vakansiya haqqında
Tələblər
- Dil biliyi: Azərbaycan dili-əla, Rus və İngilis dili arzu olunandır;
- Yaş 22-30, Xanım namizədlər üçün
- Orta (orta ixtisas, ali) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır.
- Kompüter biliyi: MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);
Bacarıq və şəxsi keyfiyyətlər:
- İşgüzar ünsiyyət və yazışmalar etikası;
- Kollektivdə işləmək bacarığı;
- Səliqəlilik;
- Məsuliyyət;
- Stresə davamlılıq;
- Diqqətlilik;
- Dəqiqlik;
- İnsanlarla işləmək bacarığı.
Vəzifə öhdəlikləri
- Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək;
- Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək;
- Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək;
- Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək;
- Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək;
- Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək;
- Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək;
- Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək;
- Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək;
- Əmək intizamına və iş qrafikinə riayət etmək.
İş qrafiki - 2 növbəli
- 1-ci növbə saat 08:00-dan – saat 20:00-dək,
- 2-ci növbə saat 20:00-dan – saat 08:00-dək (ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki) istirahət günlərindən ibarətdir)
Əməkhaqqı
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
İş yeri
- Heydər Əliyev Beynəlxalq Aeroportu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Silk Row Travel – Azərbaycan bazarında aparıcı turizm şirkətlərindən biridir. Şirkət 2008-ci ildə fəaliyyətə başlamışdır və hazırda milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC-nin əsas agentidir.
Silk Row Travel — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni müştərilərin cəlb edilməsi və kredit portfelinin idarə olunması üzrə təcrübə tələb olunur.
Yeni müştərilərin cəlb edilməsi və kredit portfelinin idarə olunması üzrə iş.
Müştərilərlə satış danışıqları aparır və satış meneceri üzrə minimum 1 il təcrübəsi tələb olunur.



