Beynəlxalq turizm şirkətləri üçün satış koordinasiyası və təkliflərin hazırlanması tələb olunur
Vakansiya haqqında
Təsvir
- Landau Academy-nin kurs və təlim proqramlarının potensial iştirakçılara təqdim edilməsi və satışının həyata keçirilməsi;
- WhatsApp, telefon və digər kanallardan daxil olan müraciətlərin vaxtında cavablandırılması və izlənilməsi;
- Namizədlərə proqramların məzmunu, qiymətləri, qeydiyyat şərtləri və dərs cədvəlləri barədə dəqiq məlumat verilməsi;
- Potensial namizədlərlə ilkin görüş və müsahibələrin təşkilinə, qeydiyyat və ödəniş prosesinə dəstək göstərilməsi;
- Namizəd bazasının, satış statuslarının və iştirakçı məlumatlarının mütəmadi yenilənməsi;
- Təlim qruplarının yaradılması, iştirakçı siyahılarının hazırlanması və qrup kommunikasiyasının koordinasiyası;
- İştirakçıların dərs cədvəli, məkan, dəyişikliklər və təşkilati məsələlər barədə vaxtında məlumatlandırılması;
- Təlimçilərlə əlaqələndirmə, dərs materiallarının və təşkilati hazırlığın təmin edilməsinə dəstək;
- İştirakçıların sual və müraciətlərinin operativ həlli, xidmət keyfiyyətinin qorunması;
- Satış, qeydiyyat, davamiyyət və qrup fəaliyyəti üzrə tələb olunan hesabatların hazırlanması.
Tələblər
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- İngilis dili biliyi;
- Satış və müştəriyönümlü ünsiyyət bacarığı;
- MS Office / Google Sheets ilə işləmə bacarığı;
- Məsuliyyət, dəqiqlik və təşkilatçılıq;
- Təhsil və ya kurs satışı sahəsində təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıdır.
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dili biliyi tələb olunur.
Təhsil və ya kurs satışı sahəsində təcrübə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarTəhsil satış mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə əlaqə saxlayıb satışları yekunlaşdırmaq və ofis işlərinə dəstək olmaq tələb olunur.
Müştərilərlə əlaqə qurub satış hədəflərinə çatmaq üçün təşkilati və kommunikasiya bacarıqları tələb olunur
Beynəlxalq maliyyə məhsullarının satışını həyata keçirir və Forex sahəsində 2 il təcrübə tələb olunur.




