Satış proseslərini koordinasiya edir və satış aktları ilə işləmək bacarığı tələb olunur.
Vakansiya haqqında
Hazırda şirkətimizə Satış mütəxəssisi tələb olunur.
İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower
Tələblər:
- İqtisadiyyat və ya Marketinq üzrə ali bakalavr təhsili
- 1 ili sahə üzrə olmaqla, ümumi 2 il iş təcrübəsi
- İngilis dili biliyi
- MS Office proqramlarında işləmək bacarığı
- Sement və beton istehsalı üzrə texniki biliklər
- Bazarın təhlili və araşdırılması üzrə təcrübə
- Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər
- Sənaye standartları haqqında məlumatlılıq
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Sement və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin qurulması;
- Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;
- Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi;
- Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması;
- Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;
- Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi;
- Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;
- Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;
- Gündəlik hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;
- SAP sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;
- Excel, Power Point və Word Office proqramlarında hesabat və təqdimat edilməsi;
- Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
- Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
Biz nə təklif edirik:
- Könüllü tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
English
Son tarix
27 sentyabr 2026
Şirkət haqqında
Norm OJSC
Emal sənayesi, Tikinti materiallarının istehsalı · Baku
İstehsal gücü gündə 6500 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm OJSC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Korporativ müştərilərlə satış aparır, tikinti sahəsində ən azı 1 il təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb
Korporativ satışları idarə edir, müştəri əlaqələrini qurur və analitik bacarıqlara malikdir
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Tibbi nümayəndə dərman məhsullarını təşviq edir və güclü ünsiyyət bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət


