Təchizat əməliyyatlarını idarə edir və 1C proqramında sənədləri hazırlayır, MS Excel bacarığı tələb olunur.
Vakansiya haqqında
İşin təsviri:
Proqram Məsləhətçisi olaraq siz, Code Academy-də təhsil almaq istəyən namizədlərin qəbulu və qeydiyyatı kimi vacib proseslərdən cavabdeh olacaqsınız. Komandamızın ayrılmaz bir üzvü kimi akademiyamıza müraciət edən namizədlərlə ilk əlaqədar şəxs olacaq, tədris ehtiyaclarını başa düşmək və düzgün tədris proqramını seçmək üçün onlara istiqamət verəcəksiniz.
Təhsil almaq istəyən namizədlərin gələcək hədəflərinə çatmasına dəstək olmaq, həmçinin İT və təhsil sahəsində peşəkar inkişaf etməyi hədəfləyirsinizsə, bu vakansiyaya müraciət edə bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:
- Code Academy-də tədrislə maraqlanan və tələbə olmaq istəyən namizədlərlə və ya onların valideynləri ilə görüşlər keçirmək;
- Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək;
- Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək və şərtlərlə bağlı dəyişiklik zamanı onlara məlumat vermək;
- Namizədin tədrisə qeydiyyat prosesini icra etmək;
- Namizədlərin xitam proseslərini icra etmək;
- Müqavilələr və xitamlar barədə gündəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək.
Şirkət haqqında
Code Academy həm dövlət, həm də özəl sektorlar üçün yüksək səviyyəli insan resursları yaratmaq missiyası ilə İT-əsaslı təhsil bazarında oyun dəyişdiricidir.
Code Academy — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sement və beton sahəsində texniki satış işlərini idarə edir, bazar təhlili və müştəri əlaqələri qurur.
Ofisin inzibati işlərini idarə edir, HR və recruiter funksiyalarını yerinə yetirir.
İdxal proseslərini koordinasiya edir, təchizatçıları qiymətləndirir və müqavilələri idarə edir.



