Vakansiya haqqında

  • Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerin olmadığı vaxtlarda (gecə növbəsində) onu əvəz etmək;
  • Standartları bilmək və öz gündəlik fəaliyyətində onları tətbiq etmək və beləcə mehmanxananın hədəflərinə çatmağa çalışmaq. Konkret istiqamətli və məqsədli treninqlər vasitəsilə bu standartlara riayət edilməsinə nail olmaq;
  • Gecə auditorunun işinə yardım etmək və gərəkdiyində icra etmək;
  • Lazım gələrsə mehmanxananın tərk edilməsi ilə əlaqədar olaraq müştərilərin qeydiyyatının silinməsi və dəyişiklətin müvafiq təsdiqlə icrası;
  • Mehmanxana haqqındakı dərin biliklərindən mehmanxana daxili satışların və mehmanxana təsislərinin göstərdiyi xidmətlərin satışlarının artırılması;
  • Mehmanxananın gündəlik fəaliyyətindən xəbərdar olmaq;
  • Təsərrüfat şöbəsi işçiləri, konsyerj, nömrə xidməti işçilərinə və s. müştərilərin xüsusi tələbləri, onların mehmanxanadan səhər tezdən və ya gecə vaxtı ayrılması, otaqların dəyişdirilməsi, taksilər, qəzet tələb edilməsi və digər önəmli hadisələr haqqında məlumat vermək;
  • Müştəri qeydiyyatında (reception) mehmanxananın kredit siyasətinə əməl edilməsi üçün digər əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Gündəlik statistik məlumatları hazırlayır (mehmanxana xidmətləri üçün təklif edilən qiymətlərin düzgünlüyünü, fərdi və qrup sifarişlərinə daxil olan müştərilərin iqtisadiyyatın hansı sahəsindən olmasını yoxlayır);
  • Qeydiyyat blanklarını yoxlayır, blanklardakı məlumatları kompüterə dəqiq daxil edilməsinə nəzarət edir;
  • Məsul olduğu nağd vəsaitlərin işlənməsi, yəni gündəlik yoxlamalar, çatışmayan vəsaitlərin bildirilməsi və bəxşişlərin ayrıca hesablanması üçün məsuliyyət daşıyır;
  • Mehmanxana daxilindəki obyektlərin açarlarının işlədilməsi (restoran, anbar və s.);
  • Bir əvvəlki növbədən bütün əlaqədar məlumatları, o cümlədən görülən işin həcmi, xüsusi statuslu qonaqlar, yerinə yetirilməli olan işlər və tədbirlər barədə məlumatlar almaq və eyni məlumatları bir sonrakı növbəyə ötürmək;
  • Mövcud standartlar və rəhbərliyin təlimatları çərçivəsində müştərilərə hər zaman səmərəli və dostcasına xidmət göstərmək;
  • Mehmanxananın xidmətlərindən tez-tez istifadə edən və ya önəmli müştərilərlə əlaqələri davam etdirmək;
  • Gecə vaxtı yaranmış problemlər və müştərilərin şikayətləri barədə partnyorlara və mehmanxana işçilərinə müraciət etmək;
  • Müştərilərin şikayətinə baxmaq və şikayətlərinə səbəb olan problemlərin dərhal həll edilməsinə çalışmaq;
  • Mehmanxana və ümumilikdə şirkətin təsis və xidmətləri haqqında öz iş yoldaşlarına və müştərilərə düzgün informasiya verə bilmək;
  • Bütün sistemlərin səmərəli istifadəsi və işlək vəziyyətdə saxlanması;
  • Müştəri qeydiyyatı (reception) və mühasibat üçün istifadə edilən proqram təminatını hər gün axşam bağlayır və surətini saxlayır;
  • Gecə növbəsində mehmanxanada sakitliyin, asayişin, təhlükəsizliyin bərqərar edilməsi və davam etdirilməsi üçün məsuliyyət daşıyır;
  • Gecə boyu müntəzəm olaraq mehmanxananın bütün hissələrini, digər işçiləri, digər şirkətlərin nümayəndələrini (mövcudluqların və işlərinin keyfiyyətini) yoxlayır;
  • Mehmanxanada tətbiq edilən təhlükəsizlik tədbirləri ilə əlaqədar hamı ilə birlikdə məsuliyyət daşıyır və təhlükəsizlik texnikası üzrə təlimatlara, xüsusilə dəzgah və avadanlıqları işlədərkən ciddi şəkildə riayət edir;
  • Digər şöbələrlə, Müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerlə, Əməliyyat şöbəsinin direktoru ilə əməkdaşlıq edir onlarla məlumat mübadiləsi aparır;
  • Standartlara əməl edilməsi, bununla əlaqədar nəzarəti təmin etmək üçün treninqlərin təşkil edilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Müştərilərin qəbulu və yerləşdirilməsi xidməti təlimatlarının yeni tələblərə görə dəyişdirilməsi üçün əlaqədar şəxslərlə birlikdə məsuliyyət daşıyır;
  • Qeyd jurnalına gecə vaxtı baş verən önəmli hadisələr barəsində məlumatlar daxil etmək və bu jurnalı müştərilərin qəbulu və yerləşdirilməsi üzrə menecerə təqdim etmək;
  • Gecə xidməti zamanı mehmanxananın bütün şöbələrinin işçilərinin xəstəlik raportlarını qəbul etmək, əlaqədar şöbələrə ötürmək və xəstələnən işçiləri digər işçilərlə əvəz etmək;
  • Mövcud standartlar çərçivəsində bütün müştərilərə ən yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə Müştərilərin qəbulu və yerləşdirilməsi şöbəsinin gecə işçilərinə kömək etmək, onlara nəzarət etmək, onları öyrətmək;
  • Gecə vaxtı işlərin ardıcıl surətdə davam etməsi (günlük hesabların bağlanması və s.) üçün məsuliyyət daşıyır;
  • Treninqlərdə müntəzəm olaraq iştirak etmək və treninqlərdə əldə etdiyi bilikləri gündəlik işinə tətbiq etmək;

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Lənkəran
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 noyabr 2026
Son tarix
15 dekabr 2026
Baxış
28

Şirkət haqqında

TABIA Group LLC
Hospitality · Bakı
TABIA Group LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Lənkəran şəhərindədir.

Müraciət üçün son tarix 15 dekabr 2026-cı ildir.

İş gecə növbəsindədir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qəbul və qedyiyyat üzrə menecer müavini üzrə Lənkəranda digər açıq elanlar.

Metro City Hotel Baku
Mütəxəssis · 1–3 ilBakı
800₼

Gecə meneceri kimi otel əməliyyatlarını idarə etmək və Elektra sistemini bilmək tələb olunur

Shift ManagementTeam SupervisionCustomer ServiceComplaint Handling+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Hotel İndigo Baku
Mütəxəssis · 4+ ilBakı
Maaş göstərilməyib

Otelin gündəlik fəaliyyətini idarə edir və ön ofis işçilərinin məhsuldarlığını təmin edir.

Guest ServiceHotel ManagementEmployee SupervisionProcess Monitoring+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Marriott International
Təcrübəli mütəxəssis · 6–8 ilBakı
Maaş göstərilməyib

Otel əməliyyatlarını idarə edir, komanda rəhbərliyi və maliyyə idarəçiliyi bacarıqları tələb olunur

Operations ManagementFinancial ReportingTeam LeadershipBudget Management+4
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Gecə əməliyyatları üzrə menecer
Müraciət et