Xidmət sahəsində İnsan Resursları üzrə Menecer kimi İR strategiyası və işə qəbul proseslərini idarə etmək.
Vakansiya haqqında
Əsas vəzifələr
- Şirkətin insan resursları strategiyasının və HR proseslərinin təşkili və idarə olunmasını təmin etmək;
- Vakansiyalar üzrə işçi tələbatını müəyyənləşdirmək, namizədlərin axtarışını, seçimini və ilkin qiymətləndirilməsini həyata keçirmək;
- Müsahibələri təşkil etmək, namizədlərlə görüşlər keçirmək və uyğun namizədlərin rəhbərliyə təqdim olunmasını təmin etmək;
- İşçilərin əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi, xitam, məzuniyyətlər və digər kadr əməliyyatlarını qanunvericiliyə uyğun ƏMAS üzərindən həyata keçirmək;
- İSB sistemində müvafiq əməliyyatların aparılmasını və məlumatların düzgünlüyünü təmin etmək;
- İşçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesini təşkil etmək, nəticələri təhlil etmək və inkişaf ehtiyaclarını müəyyənləşdirmək;
- HR hesabatlarını hazırlamaq, kadr dövriyyəsi, işə qəbul müddəti, davamiyyət və digər göstəricilər üzrə rəhbərliyə məlumat təqdim etmək;
- Ezamiyyətlər zamanı müxtəlif tikinti obyektlərində kadr ehtiyaclarının, işçi davamiyyətinin və əmək intizamının yoxlanılmasında iştirak etmək;
- HR proseslərinin təkmilləşdirilməsi və kadr idarəetməsi üzrə daxili prosedurların hazırlanması və tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, İqtisadiyyat və ya müvafiq sahələr üzrə təhsil arzuolunandır);
- HR sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti sektorunda iş təcrübəsi üstünlükdür;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Analitik düşünmə, ünsiyyət, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Ezamiyyətlərə açıq olmaq və zərurət yarandıqda bölgələrə səfər etmək imkanı.
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 1 500–2 000 AZN net (namizədin bilik və bacarıqlarına, eləcə də iş təcrübəsinə uyğun olaraq);
- İş yeri: Elmlər Akademiyasının yaxınlığında yerləşir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
HR meneceri üzrə bazar adətən 1 500–2 250 ₼ ödəyir, median — 2 000 ₼.
11 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Elmlər Akademiyasının yaxınlığındadır.
İş həftəsi 5 günlükdür.
Əməkhaqqı 1 500–2 000 ₼ netdir.
HR sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Namizədlərdən sənəd göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR meneceri üzrə Bakıda digər açıq elanlar.
Kadr şöbəsinin fəaliyyətinə rəhbərlik edir və insan resursları proseslərini idarə edir.
İnsan resursları üzrə menecer kimi işə qəbul və əmək qanunvericiliyini bilmək tələb olunur
İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur



