Şirkətə gələn qonaqları qarşılayır, telefon zənglərini cavablandırır və inzibati işləri idarə edir.
Vakansiya haqqında
ARI Xaricdə Təhsil Mərkəzi və BDM Beynəlxalq Dil Mərkəzi* komandamıza Front Office & Office Manager vəzifəsinə əməkdaş axtarır.
Bu vəzifə yalnız resepsion işi deyil. Namizəd həm müştəri qəbulu və CRM prosesinə, həm də ofisin gündəlik təşkilinə cavabdeh olacaq.
üstünlük hesab olunur:
-
Təhsil mərkəzində iş təcrübəsi;
-
Dil kurslarında iş təcrübəsi;
-
Xaricdə təhsil sahəsində iş təcrübəsi;
-
Satış və müştəri xidməti təcrübəsi;
-
CRM proqramları ilə iş təcrübəsi;
-
İngilis və ya Alman dili biliyi.
i̇ş şərtləri:
İş yeri: Bakı
Vəzifə: Front Office & Office Manager
İş qrafiki: [6 günlük iş qrafiki]
*Əmək haqqı: müsahibə mərhələsində müzakirə olunacaq
biz nə təklif edirik?
-
Stabil əmək haqqı;
-
Peşəkar inkişaf və karyera imkanları;
-
Təhsil və dil sektorunda inkişaf edən komandada çalışma imkanı;
-
Təlim və inkişaf imkanları;
-
Nəticələrə əsaslanan karyera yüksəlişi.
Mövzu hissəsində “Front Office & Office Manager” qeyd etməyiniz xahiş olunur.
Vəzifə öhdəlikləri
* Ofisə fiziki olaraq müraciət edən müştəriləri qarşılamaq və ilkin ehtiyaclarını müəyyənləşdirmək; * Telefon zənglərini, WhatsApp və digər müraciətləri qəbul etmək; * Müştərilərin müraciətlərini CRM sistemində qeydiyyata almaq; * Müştərinin real ehtiyacını müəyyənləşdirmək və düzgün şöbəyə yönləndirmək; * Müştəriləri Tədris, Xaricdə Təhsil və digər aidiyyəti şöbələrə düzgün yönləndirmək; * Müştərinin müraciətinin nəticəsini və follow-up prosesini izləmək; * Cavabsız qalan və geri dönüş gözləyən müştəriləri müəyyənləşdirmək; * Müştərilərlə ilkin konsultasiya və məlumatlandırma prosesini həyata keçirmək; * Müştəri məlumatlarının CRM-də tam və düzgün qeyd olunmasını təmin etmək; * Gündəlik və həftəlik müştəri müraciətləri üzrə hesabat hazırlamaq; * Direktor müavininə / İcraedici İdarəçiyə müraciətlər və müştəri axını barədə məlumat vermək; * Ofisin ümumi səliqə və təmizliyinə nəzarət etmək; * Təmizlik işlərinin vaxtında həyata keçirilməsini izləmək; * Ofisin gündəlik ehtiyaclarını müəyyənləşdirmək; * Ofis avadanlıqları və texniki problemləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək; * Ofisin açılış və bağlanış prosesinə nəzarət etmək; * Görüşlərin, konsultasiyaların və qonaqların qəbulunun təşkilini koordinasiya etmək; * Yeni əməkdaşların ofisə uyğunlaşması və ilkin inzibati ehtiyaclarının təşkilinə kömək etmək; * Ofisdə gündəlik inzibati işlərin düzgün və fasiləsiz həyata keçirilməsini təmin etmək; * Şöbələr arasında müştəri məlumatlarının düzgün ötürülməsinə nəzarət etmək; * Rəhbərliyin verdiyi digər inzibati və təşkilati tapşırıqları icra etmək.Tələblər
* Ali təhsil; * Müştəri xidməti, Front Office, Office Manager, Administrator, satış və ya oxşar sahədə iş təcrübəsi; * Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; * Güclü kommunikasiya və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı; * Səliqəli, məsuliyyətli və operativ olmaq; * Yüksək təşkilatçılıq qabiliyyəti; * Eyni anda bir neçə işi idarə etmək bacarığı; * MS Office proqramlarından istifadə bacarığı; * CRM sistemləri ilə işləmək bacarığı və ya bu sistemləri qısa müddətdə öyrənmək qabiliyyəti; * Telefon və WhatsApp üzərindən peşəkar kommunikasiya bacarığı.Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Şirkətə daxil olan qonaqları qarşılayır, telefon zənglərini cavablandırır və inzibati işləri idarə edir.
Müştərilərlə əlaqə qurub sığorta məhsullarının satışını həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.
Filialın inzibati işlərini idarə edir və ən azı 3 il təcrübə tələb olunur.

