Vakansiya haqqında

Baku Holiday Travel komandası nəticələri ilə danışan Visa Əməliyyatları üzrə Mütəxəssis vakansiyası elan edir.

Əgər viza prosedurları üzrə bilikləriniz, sənədlərlə dəqiq işləmə bacarığınız və müştəri ilə birbaşa ünsiyyət təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Viza xidmətləri üzrə daxil olan müştəri sorğularını qəbul etmək, ehtiyacı dəqiqləşdirmək və müvafiq xidmət təklifini təqdim etmək
  • Ölkə və viza kateqoriyası üzrə tələb olunan sənəd siyahısını müştəriyə izah etmək, təqdim olunan sənədləri səfirlik və viza mərkəzi tələblərinə uyğunluq baxımından yoxlamaq
  • Çatışmayan və ya uyğunsuz sənədləri müəyyən etmək, müştəriyə vaxtında bildirmək və tamamlanma prosesini izləmək
  • Müraciət anketlərini doldurmaq, randevu təyin etmək və müraciət paketini təqdimetməyə hazırlamaq
  • Müraciətin statusunu izləmək, nəticə barədə müştərini məlumatlandırmaq və pasportun təhvil verilməsini təşkil etmək
  • Bütün müraciət və müştəri məlumatlarını CRM sistemində tam və dəqiq qeydiyyata almaq, fayl statuslarını gündəlik yeniləmək
  • Xidmət haqqı və konsulluq rüsumları barədə müştərini məlumatlandırmaq, ödəniş sənədlərinin Maliyyə şöbəsinə vaxtında ötürülməsini təmin etmək
  • Sığorta, aviabilet və otel rezervasiyası kimi əlaqəli xidmətlər üzrə əlavə satış imkanlarını dəyərləndirmək
  • Rədd hallarının səbəblərini təhlil etmək və təkrar müraciət prosesində müştəriyə dəstək göstərmək
  • Səfirliklərin və viza mərkəzlərinin tələblərindəki dəyişiklikləri mütəmadi izləmək və komandaya ötürmək
  • Xarici Turlar, VIP Satış, Korporativ Satış və Müştəri Xidmətləri şöbələri ilə koordinasiyalı işləmək
  • Həftəlik və aylıq hesabatları (müraciət həcmi, təsdiq faizi, gecikən fayllar, şikayətlər) birbaşa rəhbərə təqdim etmək

Namizədə tələblər

  • Ali təhsil (turizm, beynəlxalq münasibətlər, iqtisadiyyat və ya əlaqəli sahələr üstünlükdür)
  • Viza əməliyyatları, turizm və ya müştəri xidmətləri/satış sahəsində minimum 1–2 il iş təcrübəsi
  • Şengen, ABŞ, Böyük Britaniya, Kanada, BƏƏ və digər ölkələrin viza müraciət prosedurları üzrə bilik
  • Sənədlərlə dəqiq işləmə, detallara yüksək diqqət və məsuliyyət hissi
  • CRM sistemləri və MS Office (xüsusən Excel) proqramlarında sərbəst iş bacarığı
  • Azərbaycan dili səlis; ingilis dili biliyi (anketlərin doldurulması və səfirlik portalları ilə iş üçün), rus dili üstünlükdür
  • Güclü ünsiyyət, danışıq və müştəri ilə iş bacarıqları
  • Eyni vaxtda çoxsaylı faylı idarə etmə, prioritetləşdirmə və müddətlərə riayət etmə bacarığı
  • Stress altında işləmə və nəticəyönümlü yanaşma
  • Şəxsi və pasport məlumatlarının məxfiliyinə ciddi riayət
  • VFS Global, TLScontact, BLS və digər viza mərkəzləri ilə iş təcrübəsi üstünlükdür

İş şəraiti

  • İş qrafiki: Tam iş günü
  • Rəqabətli əmək haqqı
  • Peşəkar və dinamik komanda mühiti
  • Karyera inkişafı və beynəlxalq turizm sahəsində inkişaf perspektivi

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Viza əməliyyatları üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
16 dekabr 2026
Baxış
48

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Viza mütəxəssisi üzrə bazar adətən 500–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

3 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Viza mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Baku Holiday Travel
Turizm və səyahət xidmətləri, İnzibati və dəstək xidmətləri · 51-200 · Bakı
Baku Holiday Travel — bütün vakansiyalar

Baku Holiday Travel 2013-cü ildən etibarən beynəlxalq və daxili turizm xidmətləri sahəsində fəaliyyət göstərən dinamik və inkişaf yönümlü turizm şirkətidir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Tam iş günü rejimində işləmək tələb olunur.

Rəqabətli əmək haqqı təklif olunur.

Viza əməliyyatları, turizm və ya müştəri xidməti sahəsində minimum 1–2 il təcrübə tələb olunur.

Azərbaycan dili səlis, ingilis dili və rus dili üstünlükdür.

Sənədlərlə dəqiq işləmə və viza müraciət prosedurları üzrə bilik tələb olunur.

CV-lər mövzu hissəsində "Viza əməliyyatları üzrə mütəxəssis" qeyd edilməklə elektron poçt vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Viza mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

500₼

Turist və iş vizaları üzrə müştərilərə xidmət göstərmək və sənədlərlə işləmək tələb olunur

TrainingCustomer ServiceCommunicationDocument Management
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
450–500₼

Viza sənədlərinin hazırlanması və müştərilərlə əlaqə saxlamaq üçün bacarıqlı mütəxəssis.

Content CreationDocument preparationCustomer CommunicationSocial Media Management+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Pro Team
Mütəxəssis · 2+ ilBakı
500–700₼

Mühasibatlıq, vergi və maliyyə uçotunu qanunvericiliyə uyğun aparmaq və sənədləri idarə etmək.

Financial AccountingAuditTax AccountingLegislation knowledge+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Visa əməliyyatları üzrə mütəxəssis
Müraciət et