Korporativ müştərilərlə iş qurur, satış artırır və 5 il təcrübə tələb edir
Vakansiya haqqında
Struktur bölmə: Satış departamenti – Sahibkarlarla iş şöbəsi
Vəzifə öhdəlikləri:
- Sahibkarlıq subyektləri üzrə mürəkkəb və yüksək potensiallı müştəri imkanlarını müəyyən etmək, satış strategiyasının şöbə hədəflərinə uyğun icrasına töhfə vermək;
- Müştərinin biznes modelini, əmlakını və əsas risklərini təhlil edərək kompleks biznes sığorta həllərinin formalaşdırılmasını və təqdim edilməsini koordinasiya etmək;
- İri və strateji əhəmiyyətli sahibkarlarla danışıqları aparmaq, kommersiya şərtlərinin razılaşdırılmasında və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulmasında iştirak etmək;
- Mürəkkəb risklər üzrə Anderraytinq və digər aidiyyəti bölmələrlə işin koordinasiyasını, tələb olunan məlumatların tamlığını və prosesin vaxtında aparılmasını təmin etmək;
- Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Satış göstəricilərini təhlil etmək, bazar və məhsul ehtiyacları üzrə təkliflər hazırlamaq.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: sığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı;
- Yüksək kommunikasiya, Təqdimatemə, danışıqlar aparmaq və müştəriyönümlü xidmət bacarıqları;
- Komanda ilə işləmək, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük;
- Mürəkkəb müştəri portfeli və satış proseslərinin müstəqil idarə edilməsi, danışıqların aparılması və nəticələrin təhlili üzrə təcrübə.
İş şərtləri:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Əmək haqqı: namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük.
Zəhmət olmasa, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A ünvanındadır.
İş vaxtı həftədə 5 gün, saat 09:00-dan 17:45-dək, cümə günü 17:00-dəkdir.
Əmək haqqı namizədin peşəkar səriştə, bilik və təcrübəsinə uyğun müsahibə əsasında müəyyən edilir.
CV göndərilməlidir, mövzu bölməsində “Sahibkarlarla iş üzrə baş mütəxəssis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSığorta, satış və ya biznesin inkişafı üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.
Karyera və peşəkar inkişaf, peşəkar komandada işləmək, tibbi sığorta və fitnes mərkəzinə üzvlük imkanı təmin edilir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKiçik müştəri meneceri üzrə Bakıda digər açıq elanlar.
Strateji müştərilərlə işləyir, yüksək səviyyəli satış və risk analizi bacarıqları tələb olunur
Müştərilərlə əlaqə qurur, biznes bankçılıq məhsullarını təqdim edir və kredit analizi aparır
Biznes müştərilərə bank məhsullarını satmaq və kredit məhsulları üzrə ilkin bilik tələb olunur


