Vakansiya haqqında

Təsvir
Korporativ bankçılıq komandamıza müştəri portfelinin idarə edilməsi və inkişafı üzrə peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz korporativ müştərilərlə münasibətlərin inkişaf etdirilməsində, kredit proseslərinin idarə olunmasında, satış imkanlarının artırılmasında və portfel üzrə risklərin effektiv idarə edilməsində aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
  • Korporativ müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, mövcud müştərilərlə biznes əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi;
  • Müştəri sorğularının operativ cavablandırılması, yüksək xidmət səviyyəsinin təmin edilməsi və müştərilərlə görüşlərin təşkili və keçirilməsi;
  • Müştərilərin maliyyə vəziyyətinin periodik monitorinqi və təhlili, maliyyə məlumatlarının ilkin təhlilinin aparılması;
  • Müştərilərin bank məhsullarından istifadəsinin artırılması (cross-sell və up-sell), yeni korporativ müştərilər üzrə potensial bazarın araşdırılması və satış strategiyasının hazırlanması və icrası;
  • Kredit tələblərinin formalaşdırılması, sənədlərin toplanmasına dəstək və kredit analitikləri ilə koordinasiyalı şəkildə kredit təhlilinə nəzarət;
  • Kredit Komitəsi üçün materialların hazırlanması və təqdim edilməsi, komitə iclaslarında kredit şərtlərinin əsaslandırılması və qərarların qəbulunu dəstəkləmək üçün müzakirələrdə aktiv iştirak;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və risklərin erkən aşkarlanması;
  • Müştərilər və Bankın daxili bölmələri arasında effektiv kommunikasiyanın təmin edilməsi;
  • Kredit şərtlərinin, tariflərin və xidmət paketlərinin razılaşdırılması, müqavilələr və bank sənədlərinin hazırlanmasına nəzarət;
  • Kredit şərtlərinə və maliyyə əməliyyatlarına uyğunluğun təmin edilməsi;
  • Portfel üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • CRM və bank sistemlərində məlumatların düzgün və vaxtında yenilənməsi.
Tələblər
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Minimum 2 il korporativ bankçılıq, satış, maliyyə və ya müştəri münasibətləri sahəsində iş təcrübəsi;
  • Maliyyə hesabatlarının oxunması və ilkin təhlil bacarıqları;
  • Bank məhsulları və xidmətləri (kreditlər, trade finance, treasury, hesab-kassa xidmətləri, kart məhsulları və s.) üzrə biliklər;
  • Bankın kredit prosesləri və risk menecmenti üzrə dərin biliklər;
  • Rus və ya İngilis dilində əla səviyyədə bilik;
  • Excel, PowerPoint, CRM sistemləri ilə işləmə bacarığı;
  • Bank sektorunda və ya B2B mühitində satış və müştəri portfeli idarəçiliyi təcrübəsi;
  • Korporativ müştərilərlə danışıqlar və görüşlərin idarə edilməsində təcrübə;
  • Güclü təqdimat, satış, kommunikasiya,müştəri münasibətləri və danışıqlar aparmaq bacarığı;
  • Müqavilə, hüquqi sənədlər və risk idarəetməsi sahəsində anlayışa malik olmaq;
  • Biznes düşüncəsi və bazar trendlərini təhlil etmək bacarığı;
  • Komanda ilə işləmək və daxili bölmələrlə effektiv koordinasiya;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticə yönümlülük;
  • Konfidensial məlumatlarla düzgün və etik davranış.
Vakansiya haqqında
Son tarix
September 15, 2026
Paylaşılıb
avqust 16, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 avqust 2026
Dillər
Russian, English

Şirkət haqqında

Unibank
Banking · Baku
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Max Print
Middle · 3+ ilBakı
1 500–2 000

Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinqdə ən azı 3 il təcrübəsi var.

Social Media MarketingMarket ResearchProject ManagementGoogle Ads+16
Müraciət etAsan müraciətAsan müraciət
Buta Park
Middle · 2–3 ilBakı
800–1 200

Tikinti sektorunda korporativ satış aparır və tenderlərlə işləmək bacarığı tələb olunur

Corporate SalesContract NegotiationB2B SalesCustomer Relationship Management+8
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Korporativ müştəri meneceri
Müraciət et