Müştərilərlə uzunmüddətli əlaqələr qurur və premium məhsulların satışını həyata keçirir.
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı, Bayıl – Sabah Residence
- Məşğulluq növü: Tam ştat
- Əmək haqqı: Sabit aylıq əmək haqqı + satış bonusları
Hazırda satış komandamızı genişləndiririk və müştəri münasibətlərinin idarə olunması, daşınmaz əmlak layihələrinin təqdimatı və satış hədəflərinin həyata keçirilməsinə cavabdeh olacaq Sales Manager axtarırıq.
Vəzifə öhdəlikləri
- Daxil olan potensial müştəri müraciətlərinin (lead) operativ şəkildə cavablandırılması və idarə edilməsi;
- Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun daşınmaz əmlak layihələrinin təqdim edilməsi;
- Müştərilərlə görüşlərin təşkili, layihə təqdimatlarının və satış danışıqlarının aparılması;
- Potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və satış prosesinin izlənilməsi;
- Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi;
- CRM sistemində müştəri məlumatlarının və satış mərhələlərinin mütəmadi yenilənməsi;
- Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
- Komanda ilə koordinasiyalı şəkildə çalışaraq ümumi satış nəticələrinə töhfə verilməsi.
Namizədə tələblər
- Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təklif etmək bacarığı;
- Potensial müştərilərlə effektiv işləmək və satış prosesini uğurla yekunlaşdırmaq bacarığı;
- Satış planları və KPI göstəriciləri ilə işləməyə hazırlıq;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
- Sabit aylıq əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi;
- Yüksək qazanc potensialı;
- Peşəkar satış komandasında inkişaf imkanları;
- Sistemləşdirilmiş satış prosesləri və CRM infrastrukturu;
- Karyera yüksəlişi imkanları;
- Dinamik və nəticəyönümlü iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sales Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 950 ₼.
106 açıq vakansiya, 111 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
instagram - https://www.instagram.com/treva.realestate/?hl=en
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Bayıl – Sabah Residence-də yerləşir.
Sabit aylıq əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi təklif olunur.
Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi tələb olunur.
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı tələb olunur, ingilis dili üstünlükdür.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış meneceri üzrə Bakıda digər açıq elanlar.
Bakı şəhərində diler şəbəkəsini inkişaf etdirən və aktiv B2B satış bacarığı tələb edən satış meneceri.
Satış prosesini idarə edir və korporativ müştərilərlə danışıqlar aparmaq bacarığı tələb olunur
Satış strategiyalarını tərtib edib icra edir, müştəri əlaqələrini idarə edir, 3 il təcrübə tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



