Müştərilərlə işləyir, məhsulları təqdim edir və aktiv satış bacarığı tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müştərilərdən daxil olan zənglərin, WhatsApp, sosial media və digər onlayn kanallar üzərindən müraciətlərin operativ cavablandırılması;
- Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, stok və çatdırılma şərtləri haqqında düzgün məlumatların təqdim edilməsi;
- Onlayn sifarişlərin qəbulu, sistemə daxil edilməsi və sifariş prosesinin sonadək izlənilməsi;
- Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsulların təklif edilməsi və əlavə satış imkanlarının yaradılması;
- Zənglərin və müraciətlərin CRM sistemində qeydiyyatının aparılması;
- Müştəri şikayət və təkliflərinin qəbul edilməsi, həlli üçün aidiyyəti şöbələrə yönləndirilməsi;
- Satış sonrası müştəri əlaqələrinin idarə edilməsi;
- Günlük satış və müraciət hesabatlarının hazırlanması;
Tələblər:
- Yaş: 22-40
- Müştəri xidməti və ya satış sahəsində təcrübə;
- Telefon və yazılı ünsiyyət bacarığı;
- Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır);
- Kompüter ilə işləmə bacarığı;
- Sürətli qərarvermə və problem həll etmə bacarığı;
- Satış yönümlü və nəticə fokuslu yanaşma.
Üstünlüklər:
- E-commerce və onlayn satış təcrübəsi;
- WhatsApp Business, sosial media mesajlaşma platformaları ilə işləmə bacarığı;
- CRM təcrübəsi
- Pərakəndə satış təcrübəsi.
Təklif edilən şərtlər:
- İş qrafiki: Tam iş günü
- 6 günlük iş rejimi
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
- Karyerada yüksəlmək imkanı
- Əmək haqqı: 500 AZN+satış bonusu (Bonuslar yüksəkdir)
Mövzu hissəsində “Onlayn satış təmsilçisi” qeyd edərək şəkilli CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Əlaqə: 055-220-23-72 / 055-214-22-63
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Satış təmsilçisi üzrə bazar adətən 548–1 000 ₼ ödəyir, median — 700 ₼.
183 açıq vakansiya, 157 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Tam iş günü, 6 günlük iş rejimi tətbiq olunur.
Əmək haqqı 500 manatdır və yüksək satış bonusları mövcuddur.
Yaş həddi 22-40 arasıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə əlaqə qurur, satış planlarını yerinə yetirir və 1 il təcrübə tələb olunur
Müştərilərlə işləyir, məhsulları təqdim edir və satış həyata keçirir, 1-3 il təcrübə tələb olunur
Müştərilərə sneaker məhsulları təqdim edir və satış prosesini həyata keçirir, ünsiyyət bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





