Müştərilərlə əlaqə qurur, satış planlarını icra edir və bazar araşdırması aparır.
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri:
Müəyyən olunmuş marşrut (rut) planı üzrə satış nöqtələrini müntəzəm ziyarət etmək, müəyyən edilmiş satış
hədəflərini icra etmək və sifarişləri qəbul etmək;Mövcud müştəri bazası ilə əlaqələri möhkəmləndirmək, ərazidə yeni satış nöqtələri cəlb edərək müştəri
şəbəkəsini genişləndirmək;Şirkət məhsullarını və yeni çeşidləri (SKU) peşəkar şəkildə təqdim etmək; təhvil verilmiş stend, soyuducu və
digər ticari avadanlıqların təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət etmək;Satış nöqtələrində məhsulların rəf düzülüşünə (FIFO qaydalarına və şirkət standartlarına), məhsulun
görünürlüyünə və rəf payına nəzarət etmək;Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini və debitor borcların (qalıq öhdəliklərin) vaxtında yığılmasını
izləmək; müştəridəki stok həcmini optimal səviyyədə idarə etmək.
Əsas tələblər:
Təcrübə: FMCG sahəsində satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
Dil bilikləri: Azərbaycan dili – səlis
Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə)
Fərdi keyfiyyətlər:
Yüksək ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı;
Günün/həftənin planlaşdırılması və problemləri çevik həlletmə qabiliyyəti;
Komandada işləmək, nəticəyönümlülük və məsuliyyətlilik.
İş şəraiti və təminatlar:
Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
Əlaqə: Korporativ nömrə və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Müraciət forması:
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış təmsilçisi üzrə bazar adətən 548–1 000 ₼ ödəyir, median — 700 ₼.
183 açıq vakansiya, 157 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış təmsilçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış təmsilçisi üzrə Bakıda digər açıq elanlar.
Korparativ müştərilərlə B2B satış aparır, minimum 1 il satış təcrübəsi tələb olunur
Yeni HoReCa müştərilərini tapmaq və idarə etmək üçün ən azı 1 il satış təcrübəsi tələb olunur
Müştərilərlə işləyir, məhsulları təqdim edir və aktiv satış bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





